Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Qazaxıstan

    Bu gün Qazaxıstanda Müstəqillik Günü qeyd olunur

    16 Dekabr 2025 10:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dekabrın 16-da ölkə vətəndaşlarını Müstəqillik Günü münasibətilə təbrik edib.

    AzerVoice xəbər verir ki, o bildirib ki, bu bayram Qazaxıstan xalqının suveren inkişaf yolunu könüllü və qəti şəkildə seçməsinin rəmzidir.

    Tokayev vurğulayıb ki, müstəqillik ölkə üçün ali dəyər olaraq qalır və bu prinsipə sadiqlik keçmiş və gələcək nəsillər qarşısında tarixi məsuliyyət daşıyır.

    Tokayev qeyd edib ki, Qazaxıstan müstəqilliyini möhkəmləndirmək istiqamətində birlik, qarşılıqlı dəstək, məhsuldar əmək və sosial sabitlik sayəsində mühüm irəliləyişlərə nail olub. Onun sözlərinə görə, dünya sürətlə dəyişir və bəşəriyyət mürəkkəb çağırışlarla yanaşı yeni imkanlarla səciyyələnən yeni tarixi mərhələyə qədəm qoyur.

    Dövlət başçısı vətəndaşları gələcəyə optimizm və ümidlə baxmağa çağırıb. O bildirib ki, gənc və dinamik dövlət kimi Qazaxıstan səylərini birləşdirərək ölkənin rəqabətqabiliyyətini və beynəlxalq mövqeyini daha da gücləndirməlidir.

    Qazaxıstan prezidenti çıxışında hazırda həyata keçirilən genişmiqyaslı islahatların ölkənin davamlı inkişafına xidmət etdiyini vurğulayıb. Tokayevin sözlərinə görə, hərtərəfli modernləşmə strategiyasına sadiqlik nəticəsində Ədalətli, Güclü, Təmiz və Təhlükəsiz Qazaxıstan qurulacaq.

    Kasım-Jomart Tokayev sonda bütün vətəndaşlara xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıb, Qazaxıstanın müstəqilliyinin əbədi olmasını diləyib.

    Qeyd edək ki, Qazaxıstan 1991-ci il dekabrın 16-da dövlət müstəqilliyini elan edib. Bu tarix ölkənin müasir dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, milli suverenliyin, siyasi müstəqilliyin və öz inkişaf yolunu sərbəst seçmək hüququnun rəmzi hesab olunur. Müstəqillik Günü hər il ölkə üzrə rəsmi dövlət bayramı kimi qeyd edilir.

    Qazaxıstan Müstəqillik Günü 16 dekabr Tokayev təbrik mesajı Kasım-Jomart Tokayev dövlət müstəqilliyi milli suverenlik Qazaxıstan müstəqil inkişaf yolu modernləşmə islahatlar Ədalətli Güclü Təmiz Təhlükəsiz Qazaxıstan Astana prezident müraciəti dövlət bayramı

    qazaxıstan müstəqillik günü nə vaxtdır tokayev müstəqillik günü çıxışı qazaxıstan 16 dekabr 1991 müstəqillik astana prezident müraciəti

    #Qazaxıstan #Kasım-Jomart Tokayev #Qazaxıstan Müstəqillik Günü #müasir dövlətçilik #siyasi müstəqillik #16 dekabr 1991 #Astana rəsmi çıxış #milli suverenlik #dövlət müstəqilliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    18 Fevral 2026 14:54

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    16 Fevral 2026 14:20

    Yanvarda Qazaxıstana hazır geyim tədarükü 55 faizdən çox geriləyib (ÖZƏL)

    13 Fevral 2026 13:10

    Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracı yanvar ayında 14,8 faiz azalıb (ÖZƏL)

    12 Fevral 2026 13:25

    Türkiyədən Qazaxıstana xalça ixracında 9 faizlik azalma (ÖZƏL)

    11 Fevral 2026 14:02

    Qazaxıstanla ticarətdə azalma: Türkiyənin yanvar ayı üzrə avto-ixrac hesabatı (ÖZƏL)

    10 Fevral 2026 15:00

    Yanvar ayı statistikası: Türkiyədən Qazaxıstana sement satışı ikiqat artdı

    10 Fevral 2026 12:34

    Türkiyənin Qazaxıstana elektrik avadanlığı ixracı 8 milyon dolları ötdü (ÖZƏL)

    8 Fevral 2026 11:00

    “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair ilk iclas keçirilib

    2 Fevral 2026 16:19

    Tokayev Pakistana rəsmi səfər edəcək

    2 Fevral 2026 13:22

    Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarını dəstəkləyir – ING

    31 Yanvar 2026 09:59

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Astana Beynəlxalq Universitetinin prezidenti, eləcə də Astana HUB və NITEC QSC qurumlarının nümayəndələri arasında görüş keçirilib

    29 Yanvar 2026 13:47
    XƏBƏR LENTİ

    Maliyyə naziri Sahil Babayev İctimai şura üzvləri ilə görüşüb

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

    Yanvarda Türkiyənin mebel ixracı 562 milyon dolları ötüb (ÖZƏL)

    İran-Rusiya strateji əməkdaşlığı bütün sahələrdə sürətlə icra olunur - Pezeşkian

    Nə Rusiya, nə də Çin nüvə sınağı keçirib - Peskov

    ABŞ-Belçika münasibətlərində yeni mübahisə

    Böyük şeytanın gözü İranın sərvətlərindədir... "Sülh qarşılığında neft"?

    Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.