BAKI,AzerVoice
Yaxın günlərdə Ermənistan Azərbaycan arasında qarşılıqlı rəsmi səfərlərin olması ilə bağlı nəsə deyə bilmərəm.
AzerVoice xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, 2026-cı ildə böyük ehtimalla bunun davamını görəcəyik:
"Səfərlərin olmaması üçün bir səbəb görmürük. Güman etmək olar ki, bu proseslər davam edəcək".
