BAKI,AzerVoice
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyev Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
AzerVoice xəbər verir ki, bu barədə Kubançıbek Ömüralıyevin “X” hesabındakı paylaşımında qeyd olunub.
“8 noyabr - Zəfər Günü münasibətilə, 44 günlük Vətən müharibəsi zamanı Şuşanı azad edən və ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı və Silahlı Qüvvələrinin qəhrəmanlığına və birliyinə iftixarla dərin hörmətimi bildirirəm”, - Ömüraliyev qeyd edib.