Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Vaşinqton sənədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunmasının vacibliyini vurğulayır - Əli Əsədov

    26 Avqust 2025 15:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Zeynəb Raminqızı

    Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və etibarlı əlaqənin təmin olunmasının vacibliyini vurğulayır.

    AzerVoice-in xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında bildirib.

    Baş nazir deyib ki, bu, təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsi deyil, həm də regionun qlobal iqtisadi və nəqliyyat xəritəsində Azərbaycanın rolunun daha da artması deməkdir:

    "Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli sammit bunun bariz təzahürüdür. Bu görüşün yekununda imzalanmış üçtərəfli Birgə Bəyannamə Azərbaycanın irəli sürdüyü və uzun illər ərzində təşviq etdiyi sülhün beynəlxalq səviyyədə geniş dəstək qazandığını və rəsmən qəbul olunduğunu nümayiş etdirir. Regionda sülhün bərqərar olması üçün vacib siyasi çərçivə formalaşdıran bu sənəd, eyni zamanda gələcək qarşılıqlı anlaşmanın əsasını təşkil edir. Birgə Bəyannamə çox əhatəli bir sənəd olmaqla təkcə iki ölkənin uzun illər davam edən silahlı qarşıdurmasına son qoyan sənəd deyil, həm də Azərbaycan xalqının tarixi ədalət uğrunda mübarizəsinin nəticəsi, dövlətimizin siyasi-diplomatik gücünün və beynəlxalq nüfuzunun ifadəsidir. İllərdən bəri kağız üzərində qalmış BMT qətnamələrini özü həyata keçirmiş, haqq-ədaləti hərb yolu ilə, şəhidlərinin qanı hesabına bərpa etmiş Azərbaycan Ermənistanla sülh müqaviləsinin müəllifi kimi çıxış edərək, münaqişənin siyasi müstəvidə də nöqtəsini qoydu".

    Əli Əsədov qeyd edib ki, Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə qətiyyətlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir: "Bütün çətinliklərə, fikir ayrılıqlarına və müxtəlif mövqelərə baxmayaraq Azərbaycan Prezidentinin bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və etibarlı əlaqənin təmin olunmasının vacibliyini vurğulayır. Bu məqsəd üçün ABŞ tərəfindən dəstəklənən xüsusi infrastruktur təşəbbüsü – "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRİPP) nəzərdə tutulur. Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionun iqtisadi və geosiyasi xəritəsində əhəmiyyətli dəyişiklik yaradacaq. Öz adımdan və hökumət adından Vaşinqton zəfəri münasibətilə Azərbaycan Prezidentini və xalqını ürəkdən təbrik edirəm".

    #Əli Əsədov #Baş nazir Əli Əsədov #Vaşinqton #İlham Əliyev #ABŞ Azərbaycan Ermənistan münasibətləri #Vaşinqtonun sülh təşəbbüsü #İlham Əliyev Vaşinqton görüşü #ABŞ Azərbaycan Ermənistan liderlər görüşü #Vaşinqton üçtərəfli görüş #Azərbaycan-Ermənistan sülh sazişi 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Baş nazir Əli Əsədov Gürcüstana işgüzar səfərə gəlib

    21 Oktyabr 2025 22:55

    Bu gün minlərlə insan Vyetnam müharibəsinə qarşı Vaşinqtonda etiraz etdi

    21 Oktyabr 2025 00:26

    Zəfər xronikası. 20 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Zəngilanın işğaldan azad olunduğunu açıqladı

    20 Oktyabr 2025 07:00

    ABŞ atəşkəsin pozulmasında işğalçını deyil, qurbanı ittiham edir - HƏMAS

    19 Oktyabr 2025 11:38

    Misir İranın nüvə proqramı ilə bağlı danışıqlar prosesini bərpa etməyə çalışır

    18 Oktyabr 2025 20:58

    Qətər Maliyyə naziri Efiopiya, Özbəkistan və Liviya nazirləri ilə görüşüb

    18 Oktyabr 2025 18:26

    Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb

    17 Oktyabr 2025 23:33

    İran ABŞ-ın Venesuela yaxınlığındakı hərbi fəaliyyətlərini pisləyib

    17 Oktyabr 2025 15:56

    Taleh Kazımov Çin Xalq Bankının sədri ilə görüşüb

    16 Oktyabr 2025 15:32

    Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə görüşüb

    15 Oktyabr 2025 16:08

    Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvini dekabradək yekunlaşdıracaq - ATƏT

    14 Oktyabr 2025 13:05

    Tramp Azərbaycan və Ermənistan arasında sülh prosesi haqqında: “Bu, həqiqətən də inanılmazdır”

    13 Oktyabr 2025 22:31
    Demo
    XƏBƏR LENTİ

    Qəzzanın bərpası HƏMAS-sız olacaq - Kuşner

    Silah Livanın gücünün bir hissəsidir - Hizbullah baş katibi

    Hakan Fidan HƏMAS nümayəndələriylə atəşkəsin presesini müzakirə edib

    Tarixdə bu gün - 22 oktyabr

    Bu gün Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən 5 il ötür

    44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr

    Bu gün ABŞ qüvvələri Vyetnamda ilk itkilərini verdi

    Baş nazir Əli Əsədov Gürcüstana işgüzar səfərə gəlib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb

    Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.