Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Ceyhun Bayramov suriyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

    15 Aprel 2025 12:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    14 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani arasında telefon danışığı aparılıb.

    XİN-in mətbuat xidmətindən AzerVoice-ə verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Suriya əlaqələri, regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.

    Nazirlər telefon danışığı zamanı Suriyada Əsəd rejiminin dağılmasından sonra Azərbaycanla-Suriya arasında geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildiriblər.

    Uzun fasilədən sonra ölkəmizin Suriyada səfirliyinin işinin bərpasına göstərilən dəstəyə görə təşəkkür ifadə olunub. Suriyada sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərə toxunarkən, ölkəmizin Suriyanın bərpa prosesində iştirak niyyətinin, habelə Suriyaya göstərilən humanitar yardımın əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Azərbaycan-Türkiyə-Suriya əməkdaşlıq formatının inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

    Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

    #Ceyhun Bayramov #Suriya #Əsəd Həsən Şeybani
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyada mina partlayışı: jurnalist də daxil olmaqla 3 nəfər yaralandı

    17 Fevral 2026 15:56

    Qətərli sahibkarlar Suriyada yenidənqurma layihələrinə start verdi

    17 Fevral 2026 09:22

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

    10 Fevral 2026 13:08

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52

    ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatları ilə əməkdaşlıq müzakirə olundu

    9 Fevral 2026 19:12

    Suriyanın şimal-qərbində sel fəlakəti: Ölənlər var

    9 Fevral 2026 09:43

    Azərbaycan və Türkiyə ikitərəfli müttəfiqlik münasibətlərini müzakirə ediblər

    8 Fevral 2026 16:40

    Ceyhun Bayramov pakistanlı həmkarına zəng edib başsağlığı verdi

    7 Fevral 2026 15:33
    XƏBƏR LENTİ

    Ankarada terror əməliyyatı: 4 şübhəli, 6 məhkum saxlanılıb

    Yanvarda Türkiyənin Çinə xalça satışı geriləyib (ÖZƏL)

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər

    ROKETSAN Səudiyyə Ərəbistanında sənaye ekosistemini təqdim edib

    ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək -

    Yanvar ayında Van Hava Limanında 146 mindən çox sərnişin daşınıb (ÖZƏL)

    Mədinədə "Hicrət: Peyğəmbərin izi ilə" sərgisinin açılışı olub

    Bu gün Hitlerə qarşı çıxan alman gənclər edam edildi

    Türkiyənin NATO-ya üzvlüyü, Osmanlının İslahatı və Plutonun Kəşfi: 18 Fevral Dosyesi

    Rusiyada rabitə prezidentin fərmanları əsasında kəsilə biləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.