Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    “La Gazette du Caucase” Fransanın Azərbaycana qarşı dezinformasiyasını ifşa edib

    11 Oktyabr 2024 15:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Fransız KİV-lərinin Azərbaycana qarşı ikiüzlülüyü COP29 ərəfəsində artmaqdadır.

     AzerVoice xəbər verir ki, bu barədə Fransanın internet-nəşri “La Gazette du Caucase” yazıb.

    Müəlliflər son məqalələrində axır vaxtlar Fransa mediasında fəal şəkildə yayılan “Human Rights Watch” (HRW) tərəfindən hazırlanan "hesabat"dan bəhs ediblər.

    "Hesabatda təşkilat Azərbaycan haqqında təhrif olunmuş və yanlış təsəvvür yaradır, ölkəni vətəndaş cəmiyyətinə qarşı "təzyiqdə" ittiham edir. Bu boş iddialar, sadəcə olaraq, Azərbaycanın beynəlxalq arenadakı reputasiyasını ləkələmək və real problemlərdən diqqəti yayındırmaq məqsədini güdür.

    “France Info”nun bu 'hesabat'la bağlı yayımladığı məqalə Azərbaycan obrazını qəsdən təhrif edir. Bu hesabatın dərc olunma vaxtı - COP29-dan yalnız bir neçə həftə əvvəl - təsadüfi deyil. Bu, böhtan və dezinformasiya ilə Azərbaycana ardıcıl hücum edən bir sıra Fransa KİV-lərinin təşkil etdiyi daha geniş kampaniyanın bir hissəsidir", - məqalədə qeyd olunur.

    “La Gazette du Caucase” qeyd edir ki, Azərbaycan uzun müddətdir ki, qeyri-hökumət təşkilatları tərəfindən belə riyakar hücumların obyektidir.

    "Təsadüfi deyil ki, bu mesajlar məhz Azərbaycan ən mühüm qlobal iqlim sammitlərindən birini keçirməyə hazırlaşanda üzə çıxır. HRW-nin "hesabatı" ölkənin ekoloji siyasət, infrastruktur və beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi əhəmiyyətli irəliləyişləri pozmaq məqsədi daşıyan qarayaxma kampaniyasından başqa bir şey deyil", - məqalədə deyilir.

    Müəlliflər xüsusilə “France Info” ilə əlaqəli başqa bir vacib məsələni də qaldırırlar. Bu yaxınlarda erməni əsilli fransız jurnalist Aqnes Varamyan nəşrə rəhbərlik edib.

    “France Info” digər oxşar nəşrlər kimi, hadisələrin seçmə yolu ilə işıqlandırılması tarixinə malikdir, yalnız özlərinin qərəzli mövqelərinə uyğun gəlməyən ölkələrə qarşı çıxış edir. Xüsusilə diqqət çəkən şey A.Varamyanın siyasi əqidəsidir, çünki sosial şəbəkələrdə öz səhifəsində Azərbaycana qarşı ittihamları əks etdirən yazılar dərc edib. Bu, Fransa mediasında hadisələrin işıqlandırılmasının obyektivliyi ilə bağlı əlavə suallar doğurur.

    Avropa ölkələrinin hökumətləri təhdidlərə qarşı oxşar tədbirlər görəndə onların narahatlığı haradadır? Parisdə etirazlar yatırıldıqda və ya Qərb ölkələrində jurnalistləri susdurduqda, bu media susur. Amma söhbət Azərbaycandan - sabitlik və irəliləyiş əldə etməyə çalışan bir ölkədən gedəndə, bu cür “insan haqları müdafiəçiləri” birdən-birə səs alırlar", - müəlliflər qeyd edirlər.

    "Azərbaycanı əsassız ittihamlarla və ya təbliğat kampaniyaları ilə qorxutmaq mümkün deyil. Ölkə rəhbərliyi əhalisinin təhlükəsizliyini təmin edərkən açıq və inklüziv cəmiyyətin qorunmasına sadiq olduğunu dəqiq bir şəkildə ifadə edib.

    Azərbaycanın gələcəyi ilə maraqlanmayanların tənqidi onun irəliləməsinə mane olmayacaq. Azərbaycanın ətraf mühitin mühafizəsi üzrə qlobal səylərə verdiyi töhfə istənilən qarayaxma kampaniyasından daha yüksək səslənir. Həqiqət öz məqsədləri üçün onu təhrif etməyə çalışanların çıxılmaz cəhdlərinə baxmayaraq, qalib gələcək", - məqalənin sonunda qeyd edilir.

    “La Gazette du Caucase” Fransanın Azərbaycana qarşı dezinformasiyasını ifşa edib
    #La Gazette du Caucase
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Türkiyə ikitərəfli müttəfiqlik münasibətlərini müzakirə ediblər

    8 Fevral 2026 16:40

    Ordumuzun həftəlik fəaliyyətinə dair icmal

    8 Fevral 2026 13:34

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    Ceyhun Bayramov pakistanlı həmkarına zəng edib başsağlığı verdi

    7 Fevral 2026 15:33

    Sədr müavini Kanadada bir sıra görüşlər keçirib

    6 Fevral 2026 22:51

    Azərbaycan və Pakistan HDQ-ləri arasında əməkdaşlıq genişləndirilir

    6 Fevral 2026 18:56

    Rusiya səfiri XİN-ə çağırıldı, Zatulinə qarşı tədbir tələb olundu

    6 Fevral 2026 18:39

    İtki və Zərərə Cavab Fondu Azərbaycanın COP29-dakı liderliyi sayəsində fəaliyyətə başladı – “La Gazette du Caucase”

    2 Dekabr 2024 12:12

    COP29 iqlim maliyyələşdirilməsinə və uyğunlaşmaya xüsusi diqqət yetirərək, kritik qlobal iqlim problemlərinin həllinə yönəlib - "La Gazette du Caucase"

    15 Noyabr 2024 15:20

    Fransa mətbuatı Azərbaycana qarşı ittihamlardan yazdı: "Özünüzə baxın!"

    14 Oktyabr 2024 13:20

    La Gazette du Caucase Fransız mediasında yayılan erməni miflərini ifşa edib

    16 Avqust 2024 17:17

    Azərbaycan Cənubi Qafqazda multikulturalizmin ən yaxşı nümunəsidir - La Gazette du Caucase

    13 İyun 2024 13:33
    Demo
    XƏBƏR LENTİ

    Yanvar ayında Türkiyədən Fransaya mebel ixracı 21 milyon dolları keçib (ÖZƏL)

    Azərbaycan və Türkiyə ikitərəfli müttəfiqlik münasibətlərini müzakirə ediblər

    Keçən il Türkiyənin Aliağa limanı 72 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Afroditanın doğulması və onun mənşəyi haqqında əfsanələr

    Bakı-Sumqayıt şosesində təmir səbəbindən bir neçə əsas istiqamətdə nəqliyyat sıxlığı yaranıb

    Keçən il Türkiyənin Gemlik limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Ordumuzun həftəlik fəaliyyətinə dair icmal

    Türkiyədə yeni inzibati bina tikintisi üçün tender elan edilib

    Yanvar ayında Türkiyədən Misirə xalça ixracı azalıb (ÖZƏL)

    Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazandı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.