Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Eritreyada saxlanılan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır - XİN

    8 Yanvar 2025 12:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    7 noyabr 2024-cü il tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib.

    XİN-dən AzerVoice-ə verilən məlumata görə, keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb. Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşlarıdır.

    Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb.

    Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.

    Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir.

    #Azərbaycan XİN
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ceyhun Bayramov İranın nazir müavini ilə regional təhlükəsizliyi müzakirə edib

    23 Yanvar 2026 14:47

    Ceyhun Bayramovun NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşdü

    22 Yanvar 2026 13:59

    Azərbaycan Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb

    20 Yanvar 2026 00:12

    Azərbaycan XİN İsveçrəyə başsağlığı verib

    1 Yanvar 2026 17:06

    Gürcüstan tarif məsələsini həll etdi, Ermənistan üçün neft məhsulları tranziti davam edəcək - Nazir

    26 Dekabr 2025 16:55

    2026-cı ildə Azərbaycanın xarici siyasət prioritetləri ardıcıl şəkildə davam etdiriləcək - Nazir

    26 Dekabr 2025 15:55

    Bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib - Ceyhun Bayramov

    26 Dekabr 2025 15:52

    Azərbaycan XİN Bəhreyni Milli Günü münasibətilə təbrik edib

    16 Dekabr 2025 09:26

    Fariz Rzayev Qətərdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışıb

    9 Dekabr 2025 10:27

    İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir

    8 Dekabr 2025 14:02

    Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq – Nazir

    4 Dekabr 2025 18:33

    Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir – Nazir

    4 Dekabr 2025 18:24
    Demo
    XƏBƏR LENTİ

    Qədim Misir incəsənəti - tanrılar, ruhlar və daş üzərində həyat

    Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb

    İranda rejim dəyişikliyi, yoxsa yeni saziş? Trampın masasındakı ssenarilər və dörd əsas şərt

    İslamda xəstələr üçün asanlıq: Üzrlü şəxslərin dəstəmaz və oruc hökmləri

    Keçən il İraq vətəndaşlarının Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

    “Liverpul” baş məşqçi postu üçün Xabi Alonso variantını nəzərdən keçirir

    Göylərə yazılan tarix - Türk aviasiyasının öncülü Vecihi Hürkuşun həyat hekayəsi

    Keçən il Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı 56 milyon dolları keçib (ÖZƏL)

    Buddist türklər və Toba dövləti: Türklər niyə buddizmi qəbul etmədilər?

    Özbəkistanın Ən Qədim Universiteti: Mirzə Uluqbəy adına Milli Universitet haqqında hər şey

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.