Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İran yeni nüvə obyektləri inşa etsə, onlarıda vuracağıq - Tramp

    19 İyul 2025 19:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Tehran yeni nüvə obyektlərini inşa etmək qərarına gəlsə, həmin obyektlər məhv ediləcək.

    AzerVoice xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb.

    “İranın üç nüvə obyekti tamamilə məhv edilib. Onların fəaliyyətini bərpa etmək üçün illərlə vaxt lazım olardı. Bu obyektləri bərpa etməkdənsə, yenilərini tikmək daha asan olardı – əgər İran bu qərarı versəydi” – deyə Tramp vurğulayıb.

    Bundan əvvəl, "NBC News" telekanalı mənbələrə istinadla məlumat vermişdi ki, ABŞ-ın iyun ayında zərbə endirdiyi üç nüvə obyektindən yalnız biri demək olar ki, tamamilə dağıdılıb. Mənbələrin sözlərinə görə, digər iki obyektə daha az ziyan dəyib və əgər Tehran müvafiq qərar versə, yaxın aylarda bu obyektlərdə zənginləşdirmə işləri yenidən başlaya bilər. Ağ Ev isə bu qiymətləndirmələri rədd edib. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, ABŞ-ın zərbələri İranın nüvə potensialının “tamamilə məhv edilməsinə” gətirib çıxarıb.

    Digər tərəfdən, ABŞ kəşfiyyatı hesab edir ki, endirilən zərbələr İranın nüvə proqramının əsas komponentlərini məhv etməyib. ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin ilkin qiymətləndirməsinə görə, bu hücumlar Tehranın nüvə bombasına sahib olmasını sadəcə bir neçə ay təxirə salıb. Bununla belə, idarə bu nəticələrin dəqiqliyinə aşağı inam səviyyəsi ilə yanaşıldığını da qeyd edib.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #İsrail #İran #ABŞ #Qətər #nüvə proqramı #İsrail və İran gərginliyi #İran-ABŞ münasibətləri #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İranın nüvə proqramı #İran-İsrail geosiyasi mübarizəsi #ABŞ-İran münasibətləri #İran nüvə proqramı #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #ABŞ və İran arasında hərbi gərginlik #İran və İsrail kəşfiyyat savaşı #İran-ABŞ gərginliyi #İran-İsrail münaqişəsi #ABŞ-İran diplomatik münasibətləri 2025 #İran və ABŞ arasında gərginlik #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #İran və İsrail qarşıdurması #hava zərbələri #İran-İsrail münasibətləri #İranın nüvə proqramı 2025 #İran-ABŞ nüvə gərginliyi #İsrail İran hücumu #Nətənz nüvə obyekti #İsrail İran hücumu 2025 #İsrail İran əməliyyatı 2025 #Fordo nüvə obyekti #ABŞ-İsrail-İran üçbucağı #İsrail-İran atəşkəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    Sudanda atəşkəs elan edildi

    7 Noyabr 2025 02:00

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    İsrail ordusu Livanın cənubuna hava hücumu həyata keçirib

    6 Noyabr 2025 14:56

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    “QatarEnergy” Surinamda fəaliyyətini genişləndirir – iki yeni kəşfiyyat və hasilat sazişi imzalandı

    6 Noyabr 2025 10:54

    Şeyxa Moza BMT Baş katibinin müavini ilə görüşüb

    6 Noyabr 2025 10:49

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    Rusiya nüvə sınaqlarına hazırlaşır

    6 Noyabr 2025 02:00

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    İran nüvə müfəttişləri ilə əməkdaşlığı gücləndirməlidir - Qrossi

    5 Noyabr 2025 12:25

    İranın BMT-dəki daimi nümayəndəsi Trampın nüvə açıqlamalarına görə xəbərdarlıq edib

    5 Noyabr 2025 12:03
    Demo
    XƏBƏR LENTİ

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    Sudanda atəşkəs elan edildi

    Bu gün ABŞ siyasətində iki Afrika əsilli amerikalı ilkə imza atdı

    Tarixdə bu gün - 7 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 7 noyabr

    İslamabad Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

    Prezident İlham Əliyev: Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Məhkəmədə Arayik Harutyunla, Levon Mnatsakanyanla, Bako Sahakyanla, David Manukyanla və Arkadi Qukasyanla bağlı sübutlar elan olunub

    Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Prezident İlham Əliyevi təbrik edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.