Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Tesla satış liderliyini itirir

    29 Aprel 2025 11:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Tesla tarixinin ən çətin dövrlərindən birini yaşayır- satışlar və mənfəət ciddi şəkildə azalıb.

    AzerVoice xəbər verir ki, ABŞ-ın elektrik avtomobil istehsalçısı Tesla 2025-ci ilin birinci rübündə xalis mənfəətinin 71 faiz azaldığını, avtomobil satışlarının isə ilk dəfə olaraq gerilədiyini açıqlayıb.

    Şirkət bu dövrdə 409 milyon dollar mənfəət əldə etsə də, bu rəqəmin böyük hissəsi — 595 milyon dolları — digər avtomobil istehsalçılarına satılan ekoloji tənzimləmə kreditlərindən əldə olunub.

    Belə ki, Tesla-nın əsas bazarları olan Çin və Avropada satışlar kəskin şəkildə düşüb. Xüsusilə Çinli rəqib BYD ilə rəqabətdə üstünlüyünü itirən şirkət, bu il satış liderliyini əldən verməyə yaxınlaşır.

    Avtomobil mənfəət marjası isə 2022-ci ildəki 30 faizdən bu ilin eyni dövründə 12,5 faizə düşərək 2012-ci ildən bəri ən aşağı səviyyəyə enib. Şirkətin gəlirliliyinə satış azalması ilə yanaşı, Ar-Ge xərclərinin 250 milyon dollar artması da təsir edib.

    İcraçı direktor İlon Maskın bəzi siyasi bəyanatları da Teslanın marka dəyərinə mənfi təsir göstərib. Maskın ABŞ və Avropadakı sağçı siyasi dairələrə dəstək verməsi, bəzi investor və müştərilər tərəfindən narahatlıqla qarşılanır.

    Mask bildirib ki, şirkət maliyyə böhranında deyil, lakin “çətinliklər mövcuddur”. O, yaxın aylarda ABŞ-da robot taksi layihəsini, eləcə də istehsalatda insanabənzər robotlardan istifadəyə keçidi elan edib.

    Lakin sektordakı digər istehsalçılar — GM və Ford — bu texnologiyanın hələlik kommersiya baxımından sərfəli olmadığını əsas gətirərək bəzi layihələrini dayandırıblar.

    #Avropa #ABŞ #Çin #İlon Mask #elektrik avtomobili #Tesla #BYD #Maskın hökumətlə əlaqəsi #Maskın siyasi təsiri #Teslaya qarşı hücumlar #Tesla rəqibi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sülh Şurasının qətnaməsi yekdilliklə qəbul edilib

    19 Fevral 2026 21:22

    İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 gün ərzində öyrənəcəksiniz - ABŞ Prezidenti

    19 Fevral 2026 20:19

    Cey Di Vens Prezident İlham Əliyevə və Baş nazir Nikol Paşinyana təşəkkür edib

    19 Fevral 2026 19:52

    Sülh Şurası mənim iştirak edəcəyim ən vacib təşəbbüslərdən biridir - Tramp

    19 Fevral 2026 19:40

    Sülh Şurası səlahiyyət və nüfuz baxımından ən əhəmiyyətli strukturdur - Donald Tramp

    19 Fevral 2026 19:26

    İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam - Tramp

    19 Fevral 2026 19:14

    ABŞ, İraqın 2003-cü il işğalından sonra Yaxın Şərqə ən böyük hava qüvvəsini göndərir

    19 Fevral 2026 13:34

    Danimarka kralı Trampın bəyanatları fonunda Qrenlandiyaya səfər edib

    19 Fevral 2026 12:25

    Rusiya ABŞ-ın sanksiyalarını qəbul etməyəcək - Putin

    19 Fevral 2026 11:10

    ABŞ hərbi rəhbərliyi Trampa İrana zərbə endirməyə hazır olduqlarını bildirib

    19 Fevral 2026 10:56

    Nə Rusiya, nə də Çin nüvə sınağı keçirib - Peskov

    18 Fevral 2026 16:55

    ABŞ-Belçika münasibətlərində yeni mübahisə

    18 Fevral 2026 16:26
    XƏBƏR LENTİ

    Ramazan zəfərləri: İslam sivilizasiyasını xilas edən böyük döyüşlərin analizi

    Ağ Evdə yadplanetli davası: Tramp Obamanı "məxfi sızdırmada" günahlandırdı

    İslam tarixində Ramazan zəfərləri: Qədisiyyə zəfəri və Sasani imperiyasının süqutu

    Bu gün kosmonavt Con Qlenn Yer ətrafında dövrə edib

    Oruclu halda müayinə,müalicə və dərman qəbulu qaydaları

    Prezident İlham Əliyevin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə təxribatın qarşısını aldılar

    Qarabağda İlk Qığılcım, Boğazda İlk Körpü və Fıratın Şəhadəti: 20 Fevral Dosyesi

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib

    Azərbaycan Milli QHT Forumu İsveçrənin Azərbaycandakı səfirinə açıq məktub ünvanladı

    Mədinədə Ramazan hazırlığı: 17 mindən çox obyekt yoxlanılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.