Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Xameneyi Suriyadakı Amerika bazalarını hədələyib

    3 Yanvar 2025 03:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    İran lideri Əli Xamenei Suriyada mövcud olan Amerika qüvvələrini təhdid edərək, onların bazalarının salamat qalmasının “mümkünsüz” olacağını bildirib.

    AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, Xamenei İranın regional strategiyasının memarı, Suriya qəssabı general Qasım Süleymaninin öldürülməsinin beşinci ildönümü mərasimində deyib ki, Suriya “xaos vəziyyətində yaşayır və onun torpaqları xarici güclər tərəfindən işğal olunur. Bir tərəfdən Amerika, digər tərəfdən sionist varlıq, üçüncü tərəfdən bəzi azğın ölkələr”. (azğın ölkələr dedikdə ahıl yaxşı Xameneyi Türkiyəni nəzərdə tutur).

    “Təcavüzkar müsəlman millətin torpağını tərk etməlidir, əks halda qovulacaq. Amerika hərbi bazaları suriyalı gənclərin ayaqları altında tapdalanacaq”- deyə ömrünün son illərini yaşayan Xameneyi bildirib.

    Xamenei ölkəsinin regional strategiyasını müdafiə edərək, 2001-ci ildə Amerikanın Əfqanıstanı və 2003-cü ildə İraqı işğal etməsindən sonra Süleymaninin Amerika qüvvələrinə qarşı döyüş qüvvələrinin hazırlanmasında və ixtisasının artırılmasındakı rolundan danışaraq, “məqsədi İran olan Amerika planının qarşısını aldığını” qeyd edib.

    O, əlavə edib ki, Süleymaninin strategiyası Suriya, Livan və İraqda “milli qüvvələr və gənclərdən” istifadə edərək “müqavimət cəbhəsini dirçəltmək” idi. Bu arada Qüds Qüvvələri komandanının müavini general İrəc Məscidi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın 5 il əvvəl Süleymaninin öldürülməsi əmrinə görə “məsuliyyət verməlidir” deyib.

    #İran #ABŞ #Əli Xamenei
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sülh Şurasının qətnaməsi yekdilliklə qəbul edilib

    19 Fevral 2026 21:22

    İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 gün ərzində öyrənəcəksiniz - ABŞ Prezidenti

    19 Fevral 2026 20:19

    Cey Di Vens Prezident İlham Əliyevə və Baş nazir Nikol Paşinyana təşəkkür edib

    19 Fevral 2026 19:52

    Sülh Şurası mənim iştirak edəcəyim ən vacib təşəbbüslərdən biridir - Tramp

    19 Fevral 2026 19:40

    Sülh Şurası səlahiyyət və nüfuz baxımından ən əhəmiyyətli strukturdur - Donald Tramp

    19 Fevral 2026 19:26

    İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam - Tramp

    19 Fevral 2026 19:14

    Polşa Baş naziri vətəndaşlarını İrandan təcili çıxmağa çağırıb

    19 Fevral 2026 16:10

    ABŞ, İraqın 2003-cü il işğalından sonra Yaxın Şərqə ən böyük hava qüvvəsini göndərir

    19 Fevral 2026 13:34

    Danimarka kralı Trampın bəyanatları fonunda Qrenlandiyaya səfər edib

    19 Fevral 2026 12:25

    Rusiya ABŞ-ın sanksiyalarını qəbul etməyəcək - Putin

    19 Fevral 2026 11:10

    ABŞ hərbi rəhbərliyi Trampa İrana zərbə endirməyə hazır olduqlarını bildirib

    19 Fevral 2026 10:56

    İran-Rusiya strateji əməkdaşlığı bütün sahələrdə sürətlə icra olunur - Pezeşkian

    18 Fevral 2026 16:59
    XƏBƏR LENTİ

    İslam tarixində Ramazan zəfərləri: Qədisiyyə zəfəri və Sasani imperiyasının süqutu

    Bu gün kosmonavt Con Qlenn Yer ətrafında dövrə edib

    Oruclu halda müayinə,müalicə və dərman qəbulu qaydaları

    Prezident İlham Əliyevin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə təxribatın qarşısını aldılar

    Qarabağda İlk Qığılcım, Boğazda İlk Körpü və Fıratın Şəhadəti: 20 Fevral Dosyesi

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib

    Azərbaycan Milli QHT Forumu İsveçrənin Azərbaycandakı səfirinə açıq məktub ünvanladı

    Mədinədə Ramazan hazırlığı: 17 mindən çox obyekt yoxlanılıb

    7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur - Hikmət Hacıyev

    Səudiyyə Ərəbistanı Qəzzaya 1 milyard dollar yardım ayıracaq - Adil əl-Cubeyr

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.