Bakı,AzerVoice
Yardım alarkən Qəzzada mülki şəxsləri hədəf almaq İsrailin başqa bir cinayətidir. AzerVoice xəbər verir ki, bunu Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Jasim Muhəmməd Albudaivi deyib.
O qeyd edib ki , Körfəz Əməkdaşlıq Şurasının İsrail qüvvələrinin Qəzzanın şimalında humanitar yardım gözləyərkən günahsız fələstinli mülki şəxsləri vəhşicəsinə hədəf almasını siddətlə qınayır.
Beynəlxalq Amnistiya Təşkilatı yardım gözləyən fələstinlilərin öldürülməsi ilə bağlı istintaq tələb edib
Əlbudaivi bu dinc insanların qətlini İsrail qüvvələrinin Qəzza zolağında Fələstin xalqına qarşı növbəti cinayəti kimi qiymətləndirib.
O, fələstinlilərə qarşı bu cinayətləri dayandırmaq üçün təcili beynəlxalq tədbirlər görməyə, dərhal atəşkəs əldə etməyə və bütün humanitar yardımların Qəzzaya daxil olmasına icazə verməyə çağırıb.
Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.
Nəticədə yardım gözləyən 120 nəfər həlak olun minə yaxın insan müxtəlif dərəcədə zədə alıb. Ölənlər arasıdan uşaq və qadınlar da var.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.