Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Müharibə Tarixi

    Bu gün Almaniyanı diktaturaya aparan səsvermə keçirildi – Hitler özünü “Führer və Reyx Kansleri” elan etdi

    19 Avqust 2025 11:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    1934-cü il avqustun 19-da Almaniyada keçirilən referendumda Adolf Hitler 90 faizdən çox səs topladı. O, bundan bir ildən artıq əvvəl kansler təyin edilmiş, iki həftə öncə isə Almaniya prezidenti Paul fon Hindenburqun ölümündən sonra faktiki olaraq prezident olmuşdu. İndi isə rəsmi şəkildə də prezident seçildi. Tezliklə “prezident” titulunu ləğv edərək özünü “Führer və Reyx Kansleri” elan etdi və məhdudiyyətsiz hakimiyyətini rəsmiləşdirdi. Bu an Almaniya Respublikasının qısa tarixində görünməmiş dərəcədə səlahiyyətlərin birləşməsini və dünya tarixində dönüş nöqtəsini göstərirdi.

    1932-ci ildə qoca, yorğun və zəifləmiş Hindenburq prezident seçkilərində qalib gəlsə də, sağçı dəstəyinin böyük bir qismini Nasislərə uduzmuşdu. Onun ətrafındakılar Hitlerin və Nasistlərin dəstəyi ilə siyasi sabitlik yaratmaq istəyirdi. Hindenburq nasistlərin qanunsuzluqlarına nifrət bəsləsə də, nəticədə o, kansler Henrix Brüningi vəzifədən uzaqlaşdıraraq yerinə Frants fon Papeni gətirdi. Papen Nasistlərə güzəşt edərək Hitlerin “Qəhvəyi Köynəklilər”inə qoyulan qadağanı qaldırdı və Birinci Dünya Müharibəsindən sonra Almaniyaya tətbiq edilən təzminat ödənişlərini birtərəfli qaydada ləğv etdi.

    Lakin Hitler bununla kifayətlənmədi. O, kansler postunu özü üçün istəyirdi. Papenin avtoritar siyasəti uğursuz oldu, dəstəyini itirdi və istefaya məcbur qaldı. Daha sonra o, Hitlər ilə ittifaq quraraq Hindenburqu onun kansler təyin olunmasına inandırdı. Papen prezidentə söz vermişdi ki, Hitleri nəzarətdə saxlayacaq və hökumət kabinetinin çoxu nasistlərdən ibarət olmayacaq. Ancaq o dövrdə Hindenburqun kansleri Reyxstaqda çoxluğu təmin edə bilmirdi, Hitler isə daha geniş xalq kütləsini və sağçı-millətçi qüvvələri birləşdirirdi. Beləliklə, 1933-cü ilin yanvarında Hitler Almaniyanın kansleri oldu.

    Hitler bununla da dayanmadı. 1933-cü ilin fevralında Reyxstaq binasında baş verən yanğını kommunistlərin üstünə ataraq Hindenburqa fərman imzalatdırdı. Bu fərman vətəndaş hüquqlarını dayandırır və Hitlərə siyasi rəqiblərini saxta ittihamlarla həbs etmək imkanı verirdi. Daha sonra o, Nasist hərəkatı daxilində müxalif mövqe sərgiləyən Qəhvəyi Köynəklilərin lideri Ernst Röhmi məhkəməsiz edam etdirdi. Bu addım ordu və digər mühafizəkar qüvvələri Hitlerin səlahiyyətlərini daha da gücləndirməyə təşviq etdi. Onlar prezidentlik və kanslerlik postlarının birləşdirilməsini tələb etdilər.

    1934-cü il avqustun 2-də Hindenburq ağciyər xərçəngindən öldü. Avqustun 19-da keçirilən referendumda isə, təhdid və kommunist qorxusunun təsiri altında, Hitler 90 faiz dəstək aldı. Bu andan etibarən o, bütün sözün həqiqi mənasında Almaniyanın diktatoru oldu.

    #Almaniya #Adolf Hitler #Führer #Kansler #Qəhvəyi Köynəklilər #Frants fon Pape #Reyxstaq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Merts Hindistana rəsmi səfərə yola düşüb

    11 Yanvar 2026 17:58

    “Ştutqart” Leverkuzendə “Bayer”i darmadağın etdi

    11 Yanvar 2026 09:30

    Bundesliqada ötən ayın ən yaxşı futbolçusu açıqlandı

    9 Yanvar 2026 09:06

    TOGG 2025-ci ildə hədəflərinə çatdı: satışlarda rekord göstərici

    4 Yanvar 2026 19:17

    “Ayntraxt Frankfurt” heyətini gücləndirib

    4 Yanvar 2026 14:49

    Almaniyanın silah və hərbi texnika ixracı 2025-ci ildə azalıb

    29 Dekabr 2025 15:22

    Almaniya Qəzza üçün planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrində iştirak etməyəcək

    26 Dekabr 2025 14:22

    Hans-Diter Flik “Barselona”da daha bir mövsüm qala bilər

    25 Dekabr 2025 09:18

    Almaniyanın ifrat sağçı partiyası Rusiyaya casusluqda ittiham olunur

    23 Dekabr 2025 13:16

    Almaniyada kilsələr hökuməti İsrailə silah ixracını dayandırmağa çağırıb

    17 Dekabr 2025 15:58

    Harri Keyn Levandovskinin Bundesliqa rekordunu qıra bilər

    16 Dekabr 2025 11:57

    “Barselona” Yulian Ruersonun transferində maraqlıdır

    16 Dekabr 2025 09:15
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub

    Prezident İlham Əliyev: Ağdərənin gələcək inkişafı çox parlaq olacaq

    Prezident İlham Əliyev: Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb

    Prezident İlham Əliyev: Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq

    Prezident İlham Əliyev: Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır

    Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra müharibə olmayacaq

    Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub

    Qaradənizdə üzən Yunan tankerləri PUA hücumuna məruz qalıb

    İranda davam edən etiraz aksiyalarında həyatını itirənlərin sayı 2 min nəfərə çatıb

    Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.