Bakı, AzerVoice:
İsrailin iqtisadiyyat naziri Nir Barkat Türkiyənin ticarət əlaqələrini kəsmək qərarı ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəhbəri Mathias Cormanna şikayət edib.
AzerVoice xəbər verir ki, Nir Barkat, Ankaranın Qəzza müharibəsinə görə İsraillə bütün ixrac və idxalı dayandırmasından bir gün sonra Cormann ilə görüşüb.
“Kormana Türkiyənin ölkələr arasında dəniz ticarətini dayandırması ilə bağlı birtərəfli qərarı fonunda şikayət etdim”, - deyə o, qeyd edib.
Barkat OECD-ni Türkiyəyə qarşı tədbir görməyə çağırıb.
Qeyd edək ki, Türkiyə İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar səbəbindən 2 may tarixindən etibarən İsrail ilə bütün ticari əlaqələri dayandırıb.