Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    DTX-nin Mədəniyyət Mərkəzində Zəfərin Səsi musiqili bədii proqram keçirilib

    1 Noyabr 2024 20:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Vətən müharibəsində əldə edilmiş Zəfərin dördüncü ilinə həsr olunmuş “Zəfərin Səsi” musiqili bədii proqram keçirilib. Tədbir Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının Tərəfdaşlığı, “Gənc Könüllülər İctimai Birliyi” və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

    AzerVoice xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov dörd il əvvəl 44 gün ərzində kürəyini Azərbaycan xalqına söykəyən Azərbaycan Ordusunun mənsublarının göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs edib, Azərbaycan gəncliyinin Qələbə qazandığını diqqətə çatdırıb.

    “44 günə nəzər salanda şəhid övladını məğrurluqla qarşılayan ana-atalar, həyat yoldaşının tabutunu çiynində daşıyan cavan gəlinlər, sevdiklərini Vətənə qurban verərək arzularını onunla birlikdə dəfn edən gənc qızlar, üzərinə bombalar yağmasına baxmayaraq, orduya “dayanmayın, irəli gedin” deyən vətəndaşlar, raket zərbəsinin təsirindən yaralanan, amma qorxmadan gülümsəyən uşaqlar, təzyiqlərə sinə gərən, qətiyyətli addımları və uzaqgörən siyasəti ilə düşmən və havadarlarına meydan oxuyan Ali Baş Komandan və onun ətrafında birləşən əzmkar gəncləri gördük. Odur ki, biz hər il həmrəyliyimizin Zəfərini böyük coşqu ilə qeyd edəcək, şəhidlərimizi dərin ehtiramla yad edəcək, qazilərimizə və hərbi qulluqçularımıza minnətdarlığımızı bildirəcəyik. Digər yandan gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsinə və qəhrəman oğullarının şücaətinin nəsillərdən-nəsillərə ötürülməsinə nail olacağıq”, - deyə Q.Xəlilov qeyd edib.

    Sonra 44 günlük müharibədən bəhs edən videoçarx nümayiş etdirilib.

    Tədbir bədii hissə ilə davam edib, könüllülərin ifasında müxtəlif musiqi nümunələri ifa edilib. Həmçinin Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü, fotojurnalist Vüqar İbadovun təqdimatında Vətən müharibəsi zamanı çəkilmiş kadr, həmçinin müxtəlif ordu birləşmələri tərəfindən ordu quruculuğu çərçivəsində həyata keçirilən fəaliyyətlər, təlimləri əks etdirən fotolardan ibarət sərgi, həmçinin Azərbaycan könüllüləri tərəfindən süni intellektdən istifadə edərək hazırlanan “Dirçələn Qarabağ - Könüllülərin gözü ilə” fotosərgi nümayiş etdirilib.

    #DTX
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Adnan Əhmədzadə həbs olundu

    20 Sentyabr 2025 13:59

    "6 milyon dolları böldük" - DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derrazın məhkəməsi

    12 Sentyabr 2025 09:54

    Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib

    3 Sentyabr 2025 16:40

    Xaricdə “Abu Malik” kod adı ilə vətəndaşlarımızı tutdururdu, özünü DTX həbs etdi

    21 İyul 2025 14:33

    Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə bağlı komissiya yaradıldı

    21 İyul 2025 10:29

    Azərbaycan saytlarına kiberhücumlar təşkil edən şəxs saxlanıldı

    14 İyul 2025 09:27

    DTX azərbaycanlı "Vaqner"çiləri həbs edib

    10 İyul 2025 16:39

    Xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb

    8 İyul 2025 12:54

    DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

    5 İyul 2025 11:16

    DTX Azər Bağırovu İordaniyada tutaraq Azərbaycana gətirib

    11 Fevral 2025 09:33

    DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər

    12 Dekabr 2024 11:57

    Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub - DTX

    20 İyun 2024 10:15
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədə Qırğızıstan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    Türkiyədən Rusiyaya xalça ixracı 14 milyon dolları keçib (ÖZƏL)

    PKK Türkiyədən çıxır

    Türkiyənin Tekirdağ limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Bir hadisə, iki baxış: Qədir-Xum mübahisəsinin tarixi kökləri

    Siyasət mənim qanımdadır - Kamala Harris

    Türkiyəyə Azərbaycandan nefti ixracı 70 faizə yaxın azalıb

    Türkiyədən Türkmənistana avtomobil ixracı azalıb (ÖZƏL)

    Diyarbəkir hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

    Yuxuda akkоrdеоn görmək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.