BAKI, AzerVoice
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarlarına əsasən qurumun idarəetmə strukturlarında bir sıra yeni təyinatlar həyata keçirilib.
Bu barədə AzerVoice-a Milli Depozit Mərkəzindən məlumat verilib.
Qərara əsasən, Umeyra İbrahimova Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub. Digər qərarla Ağahüseyn Xudaverdiyev MDM-in Müşahidə Şurası sədrinin müavini vəzifəsinə gətirilib.
Eyni zamanda, Müşahidə Şurasının həmin tarixli qərarı ilə Elçin Əlizadə Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu təyinatlar Milli Depozit Mərkəzində korporativ idarəetmənin daha da gücləndirilməsi, kapital bazarı infrastrukturunun inkişaf dinamikasının artırılması və depozitar sistemin dayanıqlığının möhkəmləndirilməsi məqsədi daşıyır. Yeni rəhbər təyinatlarının Mərkəzi Depozitarın strateji hədəflərinin daha effektiv icrasına töhfə verəcəyi bildirilir.
