Əsas səhifə » ARDNF “Şahdəniz” yatağından 364 milyon dollar gəlir əldə edib

ARDNF “Şahdəniz” yatağından 364 milyon dollar gəlir əldə edib

Bakı. AzerVoice

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən oktyabrın 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 364,465 milyon dollar gəlir əldə edib.

AzerVoice Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə azalıb.

O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 2,3 dəfə azalaraq 113,878 milyon dollar təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice