Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Gündəm

    Zəngilan şəhərində görülən bərpa-quruculuq işləri açıqlanıb

    20 Oktyabr 2025 17:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Zəngilan şəhərində bərpa-quruculuq işləri tam sürətlə davam etdirilir.

    AzerVoice xatırladır ki, şəhərdə 6 yaşayış kompleksi və bir inzibati binanın təməli qoyulub.

    104 mənzildən ibarət 1-ci yaşayış məhəlləsində tikinti işləri bitmək üzrədir. Yaşayış məhəlləsində 2 və 3 mərtəbəli binalar inşa olunub. Məhəllədə 6 yerüstü dayanacaq, elektromobillər üçün günəş panelli 1 enerji doldurma məntəqəsi nəzərdə tutulub. Yaşayış məhəlləsində uşaq və idman meydançaları da yer alacaq.

    Zəngilan şəhərinin təsdiq edilmiş ümumi baş planına uyğun olaraq yaşıllıq zonası ilə əhatə olunacaq ilk yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir, 1.96 hektar ərazini əhatə edir və burada 12 binanın tikintisi aparılır. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Birinci yaşayış məhəlləsində tikilən binalarda 104 mənzil var və onlar 2, 3, 4 və 5 otaqdan ibarətdir.

    Zəngilan şəhər məktəbi, biznes zonası və mərkəzi küçə yaşayış məhəlləsinin yaxınlığındadır. Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə edilib.

    Ümumilikdə birinci yaşayış kompleksində tikilən 12 binanın qaba işləri, daxili mühəndis kommunikasiya işləri və daxili bəzək işləri də yekunlaşıb. Sahədaxili kommunikasiya işləri qismən yerinə yetirilib, yolların asfaltlanması işləri qalıb.

    Zəngilan Konqress Mərkəzi, məktəb, bağça və digər infrastruktur binaları, eləcə də konservasiya olunmuş keçmiş Zəngilan məscidi, yaxınlıqda inşa edilmiş Yeni Zəngilan məscidi Yeni Zəngilanın təkrarsız, rahat və ənənələrə sadiq qalan müasir yaşayış məskəni olaraq simasını formalaşdıracaq. İşlər başa çatdıqdan sonra Zəngilan şəhərindəki birinci yaşayış məhəlləsinə sakinlərin köçü nəzərdə tutulur.

    Məlumat üçün bildirək ki, indiyədək rayonun Ağalı kəndinə 871 nəfərdən ibarət 175 ailə köçürülüb.

    Bundan əlavə, Zəngilan rayonunun ərazisində ümumi gücü 42 meqavat olmaqla hər birinin gücü 10.5 megavat olan "Şayıflı", "Sarıqışlaq", "Zəngilan" və "Cahangirbəyli" Su Elektrik stansiyaları fəaliyyət göstərir.

    Qeyd edək ki, Zəngilan 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. 20 oktyabr Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Zəngilan şəhəri günü kimi qeyd edilir.

    #Zəngilan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün Zəngilan Şəhəri Günüdür

    20 Oktyabr 2025 09:22

    44 günlük Vətən müharibəsinin xronikası: 20 oktyabr

    20 Oktyabr 2025 00:10

    Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsindən 5 il ötüb

    15 Oktyabr 2025 00:24

    Zəngilan Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə 1,2 milyon manatlıq işlər aparılacaq

    3 Oktyabr 2025 15:38

    Cəbrayıl, Qubadlı və Zəngilanda bu günə qədər aşkarlanan mina və hərbi sursatların sayı açıqlanıb

    24 Sentyabr 2025 17:13

    Azad edilmiş ərazilərdə daha 109 mina aşkarlanıb

    22 Sentyabr 2025 14:28

    Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

    16 Sentyabr 2025 12:42

    Anar Ələkbərov: "Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olunub"

    13 May 2025 17:43

    Zəngilanda səsvermə başlayıb

    1 Sentyabr 2024 09:58

    Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olundu

    6 Avqust 2024 19:02

    Zəngilanın Alıbəyli kəndi belə olacaq

    21 Fevral 2024 15:30

    Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub - Bir hərbçi yaralanıb

    12 Fevral 2024 17:42
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə və Yunanıstan arasında ikitərəfli məsələlər müzakirə edilib

    Lavrov və Rubio Putin–Tramp görüşünü müzakirə edib

    Zakir Həsənov Özbəkistana səfər edib

    Trampın adını daşıyan sülh mükafatı təsis edilə bilər

    Zəngilan şəhərində görülən bərpa-quruculuq işləri açıqlanıb

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzada hücumlarını davam etdirir

    Prezident İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib

    KIZILELMA ilə yeni mərhələ - silah sistemlərində tam müstəqillik dövrü başlayır

    İsrail və HƏMAS Qəzzadaki atəşkəs razılaşmasına əməl etməlidir - Misir

    Zonquldakda yeni yaşayış kompleksi tikiləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.