Bakı,AzerVoice:
Beynəlxalq sistemdə tarazlıq pozulub.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
"Koronavirus epidemiyasının yaratdığı dağıntılar aradan qaldırılmadan əvvəl Rusiya-Ukrayna müharibəsi başladı və bunun ardınca oktyabrın 7-də Qəzza böhranını izlədik. Dünyada asayişin qorunmasına cavabdeh olan strukturların, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının ədalətsiz və təhrif edilmiş xarakteri bir daha üzə çıxıb. İllərdir bizə qlobal təhlükəsizliyin təminatçısı kimi deyilən qurumlar böyük zəiflik içindədir",- deyə Ərdoğan vurğulayıb.