Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    Qazaxıstan və Qırğızıstan arasında strateji əməkdaşlıq sənədləri imzalanıb

    22 Avqust 2025 12:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice , Fərid Mikayılov

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qırğızıstana rəsmi səfəri çərçivəsində bu gün, 22 avqustda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən bir sıra mühüm sənədlərə imza atılıb.

    AzerVoice xəbər verir ki, dövlət başçıları “2025–2027-ci illər üçün Qazaxıstan–Qırğızıstan əməkdaşlığının kompleks planı” haqqında Yuxarı Dövlətlərarası Şuranın qərarını təsdiqləyiblər.

    İmzalanan əsas sənədlər

    • Prezidentlərin birgə bəyanatı;
    • Siyasi, ticarət-iqtisadi, investisiya, su-enerji, nəqliyyat-tranzit və humanitar sahələri əhatə edən əməkdaşlıq məsələləri üzrə Yuxarı Dövlətlərarası Şuranın qərarı;

    2030-cu ilə qədər ikitərəfli ticarət dövriyyəsinin artırılması üzrə Yol Xəritəsi;

    • Qırğızıstan İqtisadiyyat və Kommersiya Nazirliyi ilə Qazaxıstanın Almatı vilayəti administrasiyası arasında bölgü mərkəzinin tikintisi barədə anlaşma memorandumu;
    • Qırğızıstan Dövlət Vergi Xidməti ilə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsi arasında daşınan malların nəzarəti və gömrük sahəsində bir sıra memorandumlardan ibarət paket;
    • 2003-cü il tarixli dövlət sərhədindən keçid məntəqələri haqqında sazişə əlavə protokol;
    • Qırğızıstan Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin kadr hazırlığı üzrə saziş;
    • İki ölkənin səfirlikləri üçün Bişkek və Astanada binaların və torpaq sahələrinin qarşılıqlı istifadəsi haqqında razılaşma;
    • Sosial müdafiə, pensiya təminatı və sosial fondlar arasında informasiya mübadiləsi ilə bağlı razılaşmalar;

    2025–2027-ci illərdə mədəni əməkdaşlıq üzrə fəaliyyət planı;

    • Radio tezliklərinin koordinasiyası, turizm və idman sahələrində əməkdaşlıq barədə sənədlər;
    • Qırğızıstan Milli Televiziya və Radio Korporasiyası ilə Qazaxıstan Prezident Administrasiyasının media strukturu arasında qarşılıqlı əməkdaşlıq memorandumu.

    Hər iki ölkənin liderləri sənədlərin imzalanmasının Qırğızıstan–Qazaxıstan münasibətlərini strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda daha da gücləndirəcəyini vurğulayıblar.

    #Qazaxıstan #Qırğızıstan #Kasım-Jomart Tokayev #Sadır Japarov #Astana #Türk dövlətləri #Bişkek #əməkdaşlıq əlaqələri #İkitərəfli əlaqələr #iqtisadi və ticari əlaqələr
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazaxıstanlıların Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

    17 Oktyabr 2025 09:33

    Türkiyədən Qırğızıstana sement ixracı 2 milyon dolları keçib (ÖZƏL)

    16 Oktyabr 2025 11:27

    Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi maraq doğuran məsələləri müzakirə edib

    15 Oktyabr 2025 19:30

    Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 74 milyon dolları keçib (ÖZƏL)

    15 Oktyabr 2025 17:39

    Suriya Prezidenti Əhməd əş-Şəraa Kremlində Vladimir Putinlə görüşüb

    15 Oktyabr 2025 16:09

    Türkiyədən Qırğızıstana hazır geyim ixracı 20 milyon dolları keçib(ÖZƏL)

    15 Oktyabr 2025 14:00

    Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 21-ci iclası keçirilib

    14 Oktyabr 2025 14:54

    Qızılorda Vilayətində “Qorqud Və Böyük Çölün Sədaları” Beynəlxalq Festivalının Açılışı Keçirilib

    13 Oktyabr 2025 16:17

    Türkiyədən Qazaxıstana avtomobil ixracı azalıb (ÖZƏL)

    13 Oktyabr 2025 12:51

    Qırğızıstanda Cəlalabad şəhərinin adı Manas olaraq dəyişdirildi

    13 Oktyabr 2025 11:28

    Türkiyədən Qazaxıstana sement ixracı azalıb (ÖZƏL)

    12 Oktyabr 2025 15:00

    Türkiyədən Qazaxıstana xalça ixracı 28 milyon dolları keçib(ÖZƏL)

    11 Oktyabr 2025 13:33
    Demo
    XƏBƏR LENTİ

    Filippinlərdə 6,1 bal zəlzələ baş verib

    Türkiyənin Gemlik limanı 10 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Türkiyədə 1400-dən çox akkumulyator alınacaq

    Zakir Həsənov Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsini yoxlayıb

    Əgər HƏMAS Qəzzada insanları öldürməyə davam etsə, onları öldürməyə gedəcəyik- Tramp

    İsrailin avadanlıq girişinə icazə verməməsi, əsir cəsədlərinin təhvilini gecikdirir - HƏMAS

    Qəzzada HƏMAS-a qarşı yeni silahlı qüvvə yarandı - beynəlxalq yardım çağırışı

    Azərbaycanda doqquz ayda "yaşıl enerji" istehsalı artıb

    Qəzzada vəziyyət çox çətindir, amma lazım gələrsə, biz müdaxilə edərik - Tramp

    Qazaxıstanlıların Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.