
BAKI, AzerVoice
Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) 25 yaşlı Pan Jenlunun danışılmış oyunlarda iştirakına görə 12 illik diskvalifikasiya qərarı verib.
AzerVoice-un məlumatına görə, tennisçi həmçinin 110.000 dollar məbləğində cərimələnib.
Pan Jenlun iştirak etdiyi beş matçın danışılmış olduğunu etiraf edib və digər tennisçilərə 17 dəfə rüşvət vermə cəhdindən danışıb. 7 noyabr 2024-cü ildə başlayan müvəqqəti diskvalifikasiya nəzərə alınmaqla, onun tam diskvalifikasiyası 6 noyabr 2036-cı ildə başa çatacaq.
Pan Jenlun 2024-cü ildə karyerasının ən yüksək dünya reytinqinə çataraq 1316-cı yerdə qərarlaşıb.