Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Mətbuat Şurası Trend BİA-nı 30 illik yubiley münasibəti ilə təbrik edib

    1 Sentyabr 2025 11:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Ölkəmiz üçün ən vacib və həssas vaxtda fəaliyyətə başlamış, bu gün 30 illik yubileyini qeyd edən Trend Beynəlxalq İnformasiya Agentliyi geniş fəaliyyət diapazonuna üstünlük verərək, informasiya yayıcılığı sahəsində məktəbə çevrilmiş media orqanıdır.

    AzerVoice xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının Trend Beynəlxalq İnformasiya Agentliyinin 30 illik yubiley münasibəti ilə yayımladığı təbrikdə yer alıb.

    Təbrikdə bildirilib ki, bu məktəbin müdavimləri sırasında həm jurnalistikamızda, həm də ictimai həyatın müxtəlif sahələrində təmsil olunan çoxsaylı nüfuzlu şəxslər var.

    "Trend jurnalist peşəkarlığının cəmiyyətin maraq və mənafeləri ilə uzlaşmasında xüsusi rol oynamaqla ənənə yaratdı. Ənənələri və tutduğu mövqeni qorumaq isə heç də hər informasiya agentliyinə müyəssər olmur. Bunu bacaran agentlik həm də dövrün tələblərinə uyğunlaşmağın örnəyidir, kəskin rəqabət fonunda Azərbaycanın media brendi kimi dünyada məşhurdur, inam və etimad sahibidir. Onu populyarlaşdıran mühüm cəhətlərdən biri də həyata keçirdiyi çoxşaxəli beynəlxalq media əməkdaşlığı xəttidir. Belə bir dayanıqlı və davamlı xəttin seçilməsi isə xarici aləmdə ölkəmizlə bağlı həqiqətlərinin təbliğinə müstəsna töhfədir.

    Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Trend Beynəlxalq İnformasiya Agentliyinin rəhbərliyini və kollektivinin üzvlərini 30 illik yubiley münasibəti ilə təbrik edir, onlara bitib-tükənməyən yaradıcılıq şövqü arzulayır, ən səmimi diləklərini çatdırırlar. Şura üzvləri yubilyar media orqanının gələcəkdə də böyük uğurlara imza atacağına, Azərbaycanın yeni nailiyyətlərinin müjdəçisinə çevrilməklə inkişaf edəcəyinə, dünyanın informasiya məkanında daha yüksək zirvələr fəth edəcəyinə əmindirlər", - deyə təbrikdə qeyd edilib.

    #Mətbuat Şurası #Trend BİA
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mətbuat Şurası liseydə baş vermiş insidentlə bağlı mediaya müraciət etdi

    6 Fevral 2026 15:13

    "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirilir

    7 Noyabr 2025 11:06

    Jurnalist Elçin Alıoğluna qarşı sui-qəsd hazırlanıb

    9 Oktyabr 2025 13:36

    Azərbaycan videokontenti Türkiyənin media bazarında – Yeni stok layihəsi

    10 Sentyabr 2025 14:44

    “ARB 24” TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb

    2 Sentyabr 2025 15:57

    Mətbuat Şurası Trend İnformasiya Agentliyinin əməkdaşlarını 30 illik yubiley münasibətilə təltif edib

    1 Sentyabr 2025 17:15

    Trend-in həmişə fərqli, qətiyyətli və prinsipial mövqeyi olub - Çingiz Abdullayev

    1 Sentyabr 2025 17:13

    Trend İnformasiya Agentliyi Mətbuat Şurasının diplomu ilə təltif edilib

    1 Sentyabr 2025 16:48

    Trend BİA Azərbaycanla bağlı nüfuzlu informasiya mənbəyi kimi yüksək dəyərləndirilir – Qazaxıstandan baxış

    1 Sentyabr 2025 16:44

    Trend etibarlı media resursudur - Anar

    1 Sentyabr 2025 14:03

    “Trend” brenddir! - Vüqar Rəhimzadə

    1 Sentyabr 2025 12:56

    Trend Beynəlxalq İnformasiya Agentliyi Azərbaycanın və daha geniş regionun qlobal baxışının formalaşmasına töhfə verir - Aleksandru Qiboy

    1 Sentyabr 2025 10:47
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin gücünü dünyaya bir daha nümayiş etdirdik, 455 min yeni mənzil istifadəyə verildi - Ərdoğan

    İki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

    bp Mirzə Qədim İrəvaninin 200 illik irsinin təbliğinə dəstək verdi

    Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

    Zakir Həsənov iranlı həmkarı ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib

    Azərbaycan XİN Pakistana başsağlığı verdi

    “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Bosniya və Herseqovina ilə təcrübə mübadiləsi aparılıb

    Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib

    Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    Keçən il Türkiyənin Gemlik limanı 13 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.