Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    MİMTA Fondunun 20 yaşı tamam olur

    31 Yanvar 2025 13:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Milli irsimizi, mədəni, tarixi dəyərlərimizi qorumaq, təbliğ etmək və inkişaf etdirmək amalı ilə qurulan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun 20 yaşı tamam olur.

    “Füyuzat”ın məlumatına görə, MİMTA Fondu keçən bu 20 il ərzində bir sıra mötəbər addımlarla Azərbaycanda milli-mədəni irsin öyrənilməsi, tanıdılması və təbliğində mühüm rol oynayıb.

    Öz ənənəsinə sadiq qalan MİMTA Fondu sadalanan istiqamətdə təhsil, mədəniyyət, səhiyyə və sosial sahələrdə çoxsaylı tədbirlərin, seminar və müsabiqələrin təşkilini təkcə ölkə daxilində deyil, ölkəmizdən xaricdə də davam etdirir.

    Fond bu illər ərzində öz daxilində müxtəlif şöbələr təsis etmişdir ki, bu şöbələr hər biri təkbaşına müstəqil bir qurumun geniş fəaliyyəti ölçüsündə işlər ortaya qoya bilmişdir. MİMTA Fondunun 100 il sonra bərpa etdiyi “Füyuzat” və “İşıq” jurnalları, nəşriyyat işini həyata keçirən MİMTA Yayımları, internet və media sahəsində “FÜYUZAT tv” , “mimta.az“, “fuyuzat.az” vebsaytı, tədbirlərin işıqlandırılmasını, foto-video xidmətlərini həyata keçirən Elegant Media bu şöbələrin əsas aparıcı hissəsidir. Təbii ki, bunların hər biri Fondun müstəqil və qarşılıqlı layihələrini də həyata keçirməkdən məsuldur.

    Yola saldığımız 2024-cü il də MİMTA Fondu üçün məhsuldar keçib. Fondun təsis etdiyi mətbu orqanlardan 18 ildir fəaliyyət göstərən “Füyuzat” dərgisinin illik 6 nömrəsi işıq üzü görmüşdür. Jurnal həmçinin Azərbaycanı xaricdə keçirilən bir sıra mötəbər sərgi və tədbirlərdə təmsil etmişdir. Eyni zamanda MİMTA Fondunun digər mətbu orqanı olan və 13 ildir nəşri uğurla davam etdirilən “İşıq” jurnalının da müvafiq illik sayları nəşr olunaraq oxuculara təqdim edilmişdir. Hər il olduğu kimi, keçən ildə də istər “Füyuzat”, istərsə də “İşıq” jurnalları cəmiyyətimizin taleyüklü məsələlərinə, xalqımızın əbədiyaşar dəyərlərinə bir daha işıq tutmağa çalışmış və bu yolda Fondun məramını ifadə etmişdir. Onu da qeyd edək ki, “Füyuzat” jurnalı çağdaş dövrün tələblərini nəzərə alaraq son illərdə həm elektron formata keçmiş və “fuyuzat.az” domeni ilə vebsayt formatında oxucularla görüşmüş, həm də “FÜYUZAT tv” adı ilə internet televeziyası fəaliyyətə başlamışdır.

    MİMTA Fondunda keçirilməsi ənənə halını almış müxtəlif mövzulu seminar və görüşlər ötən il ərzində də müntəzəm şəkildə təşkil edilmişdir. Əsasən, milli irsimizlə, mədəniyyətimiz, ədəbiyyatımız və tariximizlə bağlı mövzuları əhatə edən bu görüşlərə ölkənin müxtəlif ali təhsil ocaqlarından qonaqlar, dinləyicilər dəvət edilmiş, bəhs olunan mövzular ətrafında maraqlı müzakirələr aparılmışdır.

    Bundan başqa, MİMTA Fondunun layihəsi əsasında hazırlanan sosial çarxlarda, sənədli filmlərdə ölkəmizin qarşılaşdığı sosial, həyati problemlər qabardılmışdır. Bu işlərə misal kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən hazırlanan “Ölüm tələsi” sosial çarxının adını qeyd edə bilərik. Sosial çarx Qarabağda istər erməni işğalı dövründə, istərsə də işğaldan sonra davam edən mina terroru və terrordan əziyyət çəkən azərbaycanlılara həsr edilib.

    Fondun nəzdində fəaliyyət göstərən MİMTA Yayımları da ötən ildə məhsuldar fəaliyyəti ilə seçildi. Nəşriyyat müxtəlif istiqamətli həm yerli, həm də xarici sərgilərdə, konfranslarda iştirak etmiş, təqdimatlar, imza günləri təşkil etmiş, bir sıra uğurlu layihələrə imza atmışdır. MİMTA Yayımları son illərdə nəşr etdiyi müxtəlif janrda kitablarla mütaliə ənənəsi yaratmaq yolunda oxu materiallarını zənginləşdirməklə ölkəmizdə mütaliə səviyyəsinin artmasına töhfələr vermişdir. MİMTA Yayımları həm milli irsimizi, mədəni, tarixi dəyərlərimizi öyrənmək üçün faydalı kitablar nəşr etdirmiş, həmçinin dünya ədəbiyyatından sayılıb-seçilən kitabları Azərbaycan dilinə peşəkar şəkildə tərcümə etməklə oxucuların rəğbətini qazanmışdır.

    MİMTA Yayımlarının bu günə qədər ümumilikdə nəşr etdiyi hər kitabın özünəməxsusluğu olsa da, bu kitablar arasında bir neçəsi məxsusiliyi ilə seçilir. Məsələn, Əməkdar jurnalist, yazıçı Yunis Orucovun qələmə aldığı “Tunel” romanı məhz bu kitablardandır. Kitab 1993-cü il martın 31-də Kəlbəcərdə baş vermiş tunel qətliamına həsr edilib.

    MİMTA Fondu 2024-ci ildə görkəmli Azərbaycan mütəfəkkiri, ictimai-siyasi həyatımızda mühüm rol oynayan ideoloqlarımızdan biri – Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil etmiş, Azərbaycanın önəmli elm adamlarını və ictimai-siyasi xadimləri bu masa ətrafında toplayaraq milli tariximizə və onun önəmli səhifələrindən biri olan Ə.Hüseynzadənin həyat və yaradıcılığına, irsinin tanıdılmasına töhfə vermişdir.

    MİMTA Fondu ölkə daxilində təşkil olunmuş müxtəlif tədbirlərdə də layiqincə təmsil olunur. Belə ki, ölkəmizdə keçirilən beynəlxalq və yerli kitab festivalları, digər ədəbi, ictimai və mədəni tədbirlər də hər zaman Fondun diqqət mərkəzində olmuş, bütün tədbirlərdə təmsil olunmuşdur.

    Fond tədbirlərdə təmsil olunmaqla qalmamış, MİMTA nəzdində fəaliyyət göstərən mətbu qurumlar – “fuyuzat.az” və “FÜYUZAT tv” kollektivləri həmin tədbirləri geniş işıqlandırmaqla ictimaiyyətə də informasiya ötürmüşdür.

    MİMTA Fondunun nəzdində fəaliyyət göstərən “Elegant Media” yüksək peşəkarlıq nümayiş etdirməklə tədbirlərin daha yaxşı işıqlandırılması, foto və videoyaddaşa həkk olunmasında önəmli rol oynamışdır.

    Ümumiyyətlə, bu il 20 yaşını tamamlayan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu fəaliyyət göstərdiyi bu illər ərzində xalqımızın milli irsini, mədəni, tarixi dəyərlərini qorumaq, təbliğ etmək və inkişaf etdirmək amalı ilə yorulmadan çalışmış, hansı sahədə olmasından asılı olmayaraq, fəaliyyət göstərdiyi bütün sahələrdə yüksək professionallıq, dəqiqlik nümayiş etdirərək məqsəd və hədəflərinə çatmışdır. Min illərdən gələn milli irsimizi, mədəni, tarixi dəyərlərimizi qorumaq, təbliğ etmək və inkişaf etdirməklə qalmamış, özü də gələcək nəsillərə milli, mədəni, tarixi irs miras qoya bilmişdir.


    #MİMTA
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tanınmış cərrah Anar Namazov “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib

    29 Yanvar 2026 16:17

    4SİM və AzMİU arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

    29 Yanvar 2026 16:10

    Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb

    29 Yanvar 2026 15:53

    Komitə sədri Aİİ-də təhsil alan tələbənin evini ziyarət edib

    29 Yanvar 2026 14:29

    Naxçıvanda konstitusiya və suverenlik irsi ilə bağlı kitab nəşr edildi

    29 Yanvar 2026 13:35

    Son bir ildə “e-sosial” internet portalından 17 milyon dəfə istifadə olunub

    29 Yanvar 2026 12:01

    İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdılıb

    29 Yanvar 2026 09:59

    Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib

    29 Yanvar 2026 09:37

    Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

    28 Yanvar 2026 17:30

    QS Avropa reytinqində Azərbaycan universitetlərinin sayı ilk dəfə 15-ə çatıb

    28 Yanvar 2026 16:46

    “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplar üçün yeni iş yerlərinin yaradılmasına başlanılıb

    28 Yanvar 2026 16:22

    Qlobal Əmək Bazarı Konfransında ölkəmizdə həyata keçirilən aktiv məşğulluq proqramlarına dair məlumat verilib

    28 Yanvar 2026 15:32
    Demo
    XƏBƏR LENTİ

    Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir

    Qvardiola niyə Mourinyoya təşəkkür edəcək?

    "FNC BOKT" QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

    "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

    "KƏPƏZ BOKT" MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

    Tanınmış cərrah Anar Namazov “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib

    4SİM və AzMİU arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

    Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb

    "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

    Tövrat və Qurani-Kərimdə Hz. Adəmin yaradılışı: Oxşar və fərqli cəhətlər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.