Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Rənglərin sehirli ahəngi ilə şəxsiyyəti necə ifadə etmək olar? - Tanınmış stilist Ayaz Este

    13 Dekabr 2024 10:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Rənglərin düzgün seçimi kişilər üçün gözəl görünüş yaratmaqdan daha artıq bir məna daşıyır.

    Bunu AzerVoice -ə açıqlamasında tanınmış stilist Ayaz Este deyib.

    O qeyd edib ki, rənglər şəxsiyyətinizin ifadəsi, özgüvənin göstəricisi və ünsiyət vasitəsidir. Geyimdə doğru rənglərin seçimi, həmçinin dəri tonunuza, saç rənginizə və şəxsi üslubunuza uyğun olan kombinasiyalar yaratmaqla sizi daha yaxşı və cəlbedici göstərə bilər.

    Stilist hesab edir ki, doğru rəng seçimi iş mühitində etibar və peşəkarlıq imicini gücləndirir. Dəri rənginə uyğun olmayan tonlar sizi solğun və ya yorğun göstərə bildiyi kimi, dəri rənginizə uyğun rənglər üzünüzün cizgilərini və təbii gözəlliyinizi vurğulaya bilər. Ümumən tünd dəri tonlarına açıq rənglər, açıq dəri tonlarına isə tünd rənglər daha uyğundur.

    “Rənglər emosiyalara da təsir edir. Mavi sakitləşdirici, sarı isə enerjili bir təsir bağışlayır. Bu, sizin təqdim etdiyiniz mesajın daha güclü olmasını təmin edir. Yanlış seçimlər qeyri-peşəkar və ya uyğun olmayan təəssürat yarada bilər.“ -deyə tanınmış stilist vurğulayıb.

    Ayaz Este təklif edir ki, rəng seçimi mövsümə uyğun olarsa, geyiminiz daha harmonik və təravətli görünər. Yazda açıq pastel tonlar, qışda isə tünd rənglər istifadə etməklə mövsümə ayaq uydura bilərsiniz.

    “Doğru rəng seçimi həm şəxsi üslubunuzu yüksəldir, həm də insanların sizin haqqınızda daha yaxşı təəssürat yaratmasına kömək edir. Rənglərlə oynamaqdan çəkinməyin, amma balansı qorumağı da unutmayın. Çünki estetika uyğunluqdan başlayır. Öz dəri tonunuzu, mövsümə uyğunluğu və şəxsi zövqünüzü nəzərə alaraq, istənilən situasiyada mükəmməl görünə bilərsiniz!“ - deyə styilist sonda bildirib.

    #Ayaz Este
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Geyim təkcə görünüş deyil, həyat tərzidir - Tanınmış stilist Ayaz Este

    6 May 2025 16:58

    Niyə 90-lar qayıdır? - Tanınmış stilist Ayaz Este

    8 Aprel 2025 16:21

    Steve Jobs-un Stil Manifesti

    17 Fevral 2025 14:33

    Modanın gücü ilə geyimin əhvalımıza təsiri- Stilist Ayaz Este

    18 Yanvar 2025 10:30

    Yeni ildə stil dəyişikliyi nə qədər önəmlidir?- Stilist Ayaz Este

    3 Yanvar 2025 14:00

    Dar geyimlər hərəkətləri məhdudlaşdırır- Tanınmış stilist Ayaz Este

    2 Dekabr 2024 09:00

    Qış geyimində nə seçilməlidir - comfort , yoxsa dəb – Tanınmış stilist Ayaz Este

    22 Noyabr 2024 09:00

    Tədbirlərdə Necə və Nə Üçün Geyinməli?

    20 Noyabr 2024 13:00

    Şəxsi Brendinqdə İmicin Rolu

    13 Noyabr 2024 14:31

    Hərbi Stildən Şəhər Geyiminə

    7 Noyabr 2024 13:00

    Eco geyim nədir?

    30 Oktyabr 2024 15:59

    İmic Nədir və Nə İşə Yarayır?

    24 Oktyabr 2024 15:14
    Demo
    XƏBƏR LENTİ

    Entomofobiya nədir? – Həşəratlardan qorxunun psixoloji mahiyyəti

    Zelenski yeni hücumlar fonunda Avropa liderləri ilə danışıqlar aparacaq

    İtaliyada HƏMAS üçün milyonlarla avro toplayan 7 nəfər həbs edilib

    Qolkiper "Yuventus"u bu kluba dəyişəcək

    Rusiyanın Əsəddən imtinasının pərdəarxası - Bab əl-Hava görüşünün detalları

    İsrailin Somaliland qərarından sonra Trampdan açıqlama - Eyni addımı atmayacağıq

    "Fənərbaxça"nın futbolçusuna İngiltərədən təklif

    Polşada iki hava limanı fəaliyyətini bərpa edib

    2025-ci ildə süni intellekt səhiyyə xidmətlərini necə dəyişdi?

    Səudiyyə Ərəbistanı Yəməndən olan separatçıları mövqelərini tərk etməyə çağırıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.