Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    XİN-dən 20 sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

    20 Sentyabr 2025 09:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Xarici İşlər Nazirliyi 20 sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb.

    AzerVoice xəbər verir ki, bəyanatda deyilir:

    "Bu gün, Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur.

    2023-cü ilin 19-20 sentyabr tarixində 24 saatdan az bir müddətdə Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilib ölkəmizin Qarabağ bölgəsindən tamamilə çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.

    20 sentyabr tarixində Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi tarixin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin təntənəsidir.

    Bu zəfərin əsas memarı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan silahlı qüvvələridir. Məhz Ali Baş Komandanın qətiyyəti və silahlı qüvvələrimizin rəşadəti bu qələbəni təmin edib.

    Ermənistanın 2020-ci il Vətən müharibəsi nəticəsində qəbul etdiyi öhdəliklərə baxmayaraq, 2023-cü ilədək keçən üç ilə yaxın müddət ərzində nəinki öz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmadığı, hətta Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar yerləşdirdiyi məlum idi. Ermənistan tərəfinin ərazilərimizdə yaratdığı qondarma rejimin təbliğatını hər vəchlə davam etdirməsi, 2 sentyabr 2023-cü il tarixində qondarma "müstəqillik" ilə bağlı separatçı rejimi təbrik etməsi, 9 sentyabr tarixində qondarma "prezident seçkiləri", eləcə də 19 sentyabr tarixində 6 nəfər azərbaycanlının həlak olması ilə nəticələn hərbi təxribat vəziyyəti daha da gərginləşdirdi.

    Azərbaycanın ərazilərinə qarşı əsassız iddialarından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, təcavüz siyasətini davam etdirən Ermənistanın və onun qondarma rejiminin heç bir çərçivəyə sığmayan bu kimi davranışlarının qarşısının alınması zəruri idi.

    Ermənistan tərəfinin təhrikedici səylərinə və təbliğatına baxmayaraq, antiterror tədbirləri aparıldığı zaman mülki əhali hədəf alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı. Azərbaycan əsgəri və zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq nümayiş etdirdi.

    2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin bərpasından sonra, Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində səylər daha da artırıldı. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşü keçirildi. Görüşün nəticəsində liderlər tərəfindən Birgə Bəyanat imzalandı. Azərbaycan və Ermənistan sülh müqaviləsi mətnini parafladı. Bundan əlavə, Azərbaycan və Ermənistanın müraciətinə uyğun olaraq, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturları 1 sentyabr tarixində ATƏT Nazirlər Şurasının qərarı ilə ləğv edildi.

    Vaşinqton görüşünün nəticələri Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi. Bu tarixi sülh fürsətinin əldən verilməməsi, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında ərazi iddialarının aradan qaldırılması zəruridir.

    Bu tarixi önəmli gündə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş vətən övladlarımızın əziz xatirəsini dərin hörmətlə yad edirik.

    Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan!"

    #Azərbaycan XİN #Suverenlik #20 sentyabr – Dövlət Suverenliyi Günü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Somali İsrailin Somalilandla bağlı qərarını qətiyyətlə pisləyir

    27 Dekabr 2025 10:58

    Gürcüstan tarif məsələsini həll etdi, Ermənistan üçün neft məhsulları tranziti davam edəcək - Nazir

    26 Dekabr 2025 16:55

    2026-cı ildə Azərbaycanın xarici siyasət prioritetləri ardıcıl şəkildə davam etdiriləcək - Nazir

    26 Dekabr 2025 15:55

    Bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib - Ceyhun Bayramov

    26 Dekabr 2025 15:52

    Azərbaycan XİN Bəhreyni Milli Günü münasibətilə təbrik edib

    16 Dekabr 2025 09:26

    Fariz Rzayev Qətərdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışıb

    9 Dekabr 2025 10:27

    İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir

    8 Dekabr 2025 14:02

    Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq – Nazir

    4 Dekabr 2025 18:33

    Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir – Nazir

    4 Dekabr 2025 18:24

    Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əhəmiyyətli tərəqqi əldə edilib – Ceyhun Bayramov

    4 Dekabr 2025 18:15

    Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfərə gedib

    3 Dekabr 2025 12:17

    Ceyhun Bayramov Napoli – Qarabağ oyununu stadiondan izləyib

    26 Noyabr 2025 09:10
    Demo
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanı Yəməndən olan separatçıları mövqelərini tərk etməyə çağırıb

    ABŞ, İranlı gənclərin cəsarəti qarşısında məğlub oldu - Xamenei

    Hakan Fidan, 2025-də 240 ikitərəfli görüş keçirdi

    184 nömrəli marşrutda ekoloji təmiz avtobuslar sərnişinlərin ixtiyarına verilir

    Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salınıb

    Sosial adaptasiya məqsədli məşğulluq tədbirləri bu il də davam etdirilib

    Türkiyədən Türkmənistana hazır geyim ixracı 172 milyon dolları keçib (ÖZƏL)

    Hondurasın ərəb əsilli yeni prezidenti Tito Asfura kimdir?

    “Liverpul” PSJ-nin hücumçusunu icarəyə götürmək istəyir

    Atəşkəs olması şərtilə sülh planını referenduma çıxarmağa hazırıq - Zelenski

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.