Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ilkin razılaşma mərhələsinə çatması mühüm nailiyyətdir – Ekspert

    8 Avqust 2025 19:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Politoloq Turan Rzayev

    Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Donald Trampın dəvəti əsasında ABŞ-da səfərdədir. Səfər çərçivəsində ilkin təmaslar baş tutub və pozitiv mesajlar ictimaiyyətə açıqlanıb. Bununla belə, məsələyə aydın nəzər yetirmək və praqmatik yanaşma sərgiləmək üçün iki əsas aspektə baxmaq lazımdır:

    1. Azərbaycan-Ermənistan sülh gündəliyi

    Azərbaycan-Ermənistan sülh gündəliyi aydın məsələdir ki, səfərin və dəvətin əsasını təşkil edir. Bu baxımdan daha çox bu istiqamətdə razılıqların olması gözlənilirdi. İctimaiyyətə yansıdılan məlumatlardan da bu qənaətə gəlmək olar ki, İrəvan və Bakı ilkin razılıq əldə edib.

    Birincisi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflandığı deyilir. Bu mühüm nailiyyətdir. Ümumiyyətlə, paraflama sülh müqaviləsinin artıq əsas mətninin tərəflər tərəfindən razılaşdırıldığını və heç bir ciddi fikir ayrılığının qalmadığını göstərir. Bu mərhələ tərəflərin yekun imza mərhələsinə keçməyə hazır olduğunu bildirir.

    Onu da deyim ki, indiki məqamda hüquqi baxımdan sənəd tam qüvvəyə minmir, amma siyasi baxımdan bu çox vacib irəliləyiş sayılır. Çünki artıq tərəflər açıq şəkildə elan edirlər ki, onlar həmin razılaşmanı qəbul edirlər və imzalamağa gedirlər. Yəni Azərbaycan və Ermənistan sülhün şərtlərini mətn şəklində razılaşdırıblar, sadəcə bundan sonra daxili təsdiqləmə prosedurları və rəsmi imza mərasimi qalır.

    Bakı və İrəvan sülh müqaviləsinin paraflanmasına razılıq veriblərsə, bu həm də onu deməyə əsas verir ki, Ermənistan Konstitusiyasına da dəyişikliklər ediləcək. Bu, Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması deməkdir və Bakının mühüm şərtlərindən biri idi.

    İkincisi, Naxçıvana maneəsiz gediş-gəliş təmin olunması razılaşdırılıb. Məlum olduğu kimi, Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Ermənistan Bakının bu tələbini qəbul edir.

    Burada diqqət çəkən məqam Prezident D.Trampın Zəngəzur dəhlizinin qarantı rolunu oynayacaq olmasıdır. Bir müddət öncə Vaşinqtonda bu məsələ ilə bağlı ABŞ ilə Ermənistan arasında saziş imzalanmışdı.

    Təbii ki, bu, müsbət hadisədir, amma effektivliyinə dair narahatlıqlar yox deyil. Çünki İrəvanın xarici təsirə açıq olması təxribat risklərini hər zaman aktual edir. Vaşinqtonun təhlükəsiz və maneəsiz hərəkəti davamlı və uğurla təmin etməsi zamandan və qlobal vəziyyətdən asılı olacaq. Xüsusilə Kremlin Ermənistandakı təsirini nəzərə aldıqda, təxribat riskləri aktual olaraq qalacaq.

    Üçüncüsü, Azərbaycan və Ermənistan liderləri Minsk Qrupunun ləğv edilməsi üçün ATƏT-in Baş Katibinə birgə müraciət edəcək. ATƏT-in Minsk Qrupu onsuz da uzun müddətdir ki, fəaliyyət göstərmir. Onun əsas missiyası münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçilik etmək idi. Tərəflər öz aralarında sülh müqaviləsinin əsas şərtlərini razılaşdırdıqlarını və münaqişəni bağlamağa qərar verdiklərini açıq şəkildə bəyan edirlərsə, Minsk Qrupunun legitim əsasları və əhəmiyyəti avtomatik olaraq itmiş olur. Digər tərəfdən Minsk Qrupu Azərbaycan və Ermənistanın razılığı əsasında formalaşmışdı.

    Bu məsələdə ehtimal olunan risk vasitəçilərdən birinin, konkret desək Rusiyanın, bu müraciətə razılıq verməməsidir. Bu, vəziyyəti mürəkkəbləşdirə bilər. Düzdür, bu məsələdə əsas qərar hər iki tərəfin ortaq qərarıdır. Yəni Rusiyanın etirazı prosesi dayandırmayacaq, amma bürokratik uzanmalara səbəb ola bilər.

    Daha ətraflı və dəqiq məlumat ABŞ Prezidenti D.Trampın şahidliyi ilə Prezident İlham Əliyev və Baş nazir N.Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamənin imzalanması ilə təsdiqlənəcək.

    Ümumiyyətlə, ictimaiyyətə açıqlanan detallara baxdıqda prosesin müsbət dinamikası aydın görünür. Risk faktorları da var, amma İrəvan və Bakının razılaşa bilməsi özlüyündə prosesin gələcəyinə nikbin baxmağa əsas verir. D.Trampın səyləri də təqdirəlayiqdir. Hətta deyərdim ki, onun Azərbaycan-Ermənistan normallaşma prosesində belə yaxından iştirakı C.Karterin 1978-ci il Kemp-Deviddə Misir ilə İsrail arasında imzalanmış müqavilə ilə müqayisə oluna bilər.

    2. Azərbaycan-ABŞ ikitərəfli əlaqələri

    Prezident İlham Əliyevin ABŞ-a səfərinin ikinci mühüm aspekti Azərbaycan-ABŞ ikitərəfli əlaqələridir. Artıq heç kəs üçün sirr deyil ki, Bakı D.Trampın hakimiyyətə gəlməsində maraqlı olub. 2024-cü ilin 5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə, Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə desək, onun namizədliyini dəstəkləmişdi.

    Prezident İlham Əliyev bir neçə dəfə açıqlamalarında D.Trampın prezidentliyi dövründə ABŞ-ın heç bir müharibə başlatmadığını, onun ailə dəyərlərinə, ənənəvi dəyərlərə xüsusi önəm verdiyini bildirib.

    D.Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açıldı. Hər iki lider arasında telefon danışığı, eləcə də çoxsaylı məktub mübadiləsi baş tutdu. Yeri gəlmişkən, Prezidentin ABŞ-a səfəri də əsasən D.Trampın dəvəti əsasında baş tutub.

    Səfər çərçivəsində ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə dair iki mühüm razılıq əldə edilib:

    Birincisi, Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq, bu səfər çərçivəsində Prezident Tramp tərəfindən “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanacaq. 907-ci düzəliş ümumiyyətlə Bakı ilə Vaşinqton arasında münasibətlərin ən əsas və həlli vacib problemi sayılır. Belə ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana “blokada” tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul etmişdi. Bu düzəliş bir müddət dayandırılsa da Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi 907 saylı düzəlişi yenidən canlandırmış, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdı.

    907 saylı düzəlişin icrasının dayandırılması müsbət hadisədir. Lakin bu, həmin sənədin birdəfəlik ləğvi demək deyil. Yəni Trampdan sonra hakimiyyətə gələcək yeni prezident bunu bərpa edə bilər. Bu mənada prosesin ardı kimi Bakı təmaslarını davam etdirməli, gələcəkdə 907 saylı düzəlişin tam ləğvinə çalışmalıdır. Təəssüf ki, bu da elə asan və tez başa gələcək proses deyil. Çünki qanunvericilikdə belə bir dəyişiklik, xüsusən də bu qədər strateji və diplomatik əhəmiyyətə malik bir məsələ, təkcə ABŞ prezidenti tərəfindən təkbaşına həyata keçirilə bilməz. Prezident, əlbəttə, müəyyən icazələr və ya müvəqqəti “dayandırma” tətbiq edə bilər ki, bu da keçici məhdudiyyətlərin aradan qaldırılması deməkdir. Lakin qanunun tamamilə ləğvi üçün Konqresin razılığı zəruridir.

    İkincisi, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu imzalanacaq. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edəcək:

    Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;

    Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;

    Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.

    ABŞ-Azərbaycan strateji tərəfdaşlığı hər şeydən öncə balans siyasətinin növbəti təzahürüdür. Çünki Bakı bundan öncə Rusiya və Çin ilə də strateji tərəfdaşlıq sazişi imzalayıb. Düzdür, bu üç ölkə ilə imzalanan sazişlərdə fərqliliklər olsa da, tətbiq edilən və ediləcək balans siyasətinə eyhamdır.

    Digər tərəfdən, Bakı gələcəkdə ABŞ-la münasibətlərin pozulmasını istəmədiyi üçün münasibətlərə və əməkdaşlıqlara rəsmiyyət qazandırır. Bu həm də ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi deməkdir.

    Prezident İlham Əliyevin ABŞ-a səfəri davam edir. Mühüm görüşlər hələ öndədir. Lakin indiyə qədər ictimaiyyətə yansıdılanlar və ehtimalları nəzərə aldıqda deyə bilərik ki, Prezident mühüm razılaşmaların əldə edilməsinə nail olub. Düzdür, eyforiyaya qapılmaq lazım deyil. Risk faktorlarını hər zaman diqqətdə saxlamalıyıq. Amma indiyə qədər olanlar mühüm nəticələrdir və təqdirəlayiqdir.

    #Azərbaycan #ABŞ #Ermənistan #Donald Tramp #sülh #sülh müqaviləsi #sülh sazişi #sülh danışıqları #Turan Rzayev #İlham Əliyev ABŞ səfəri #İlham Əliyev Donald Tramp görüşü #Azərbaycan Ermənistan sülh müqaviləsi #Sülh gündəliyi Vaşinqton #Zəngəzur dəhlizi razılaşması #Sülh müqaviləsinin paraflanması #ATƏT Minsk Qrupu ləğvi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Belçikadan Trampa sərt reaksiya - NATO müttəfiqlərinə təzyiq qəbuledilməzdir

    20 Yanvar 2026 18:24

    ABŞ-ın Avropa ölkələrinə əlavə tariflər tətbiq etmək qərarı səhvdir- Aİ

    20 Yanvar 2026 17:24

    Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

    20 Yanvar 2026 17:13

    Prezident İlham Əliyev: Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər

    20 Yanvar 2026 16:50

    Prezident İlham Əliyev: Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür

    20 Yanvar 2026 16:36

    Prezident İlham Əliyev: Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük

    20 Yanvar 2026 16:30

    Prezident İlham Əliyev: Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur

    20 Yanvar 2026 16:27

    Prezident İlham Əliyev: Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur

    20 Yanvar 2026 16:20

    Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

    20 Yanvar 2026 15:45

    Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib

    20 Yanvar 2026 15:32

    İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

    20 Yanvar 2026 15:16

    ADY rəhbərliyi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

    20 Yanvar 2026 15:11
    Demo
    XƏBƏR LENTİ

    Doha artan regional gərginlik fonunda Dəniz Müdafiəsi Sərgisinə ev sahibliyi edir

    Bu gün SSRİ-nin Qurucusu Vladimir Lenin Vəfat Edib

    Tarixdə bu gün - 21 yanvar

    Yasamalda buzlaşma nəqliyyatda çətinlik yaradıb, qəza baş verib

    Prezident İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb

    Tunisdə Fəlakət: Prezident Ordunu Köməyə Çağırdı

    Prezident İlham Əliyev Davosda “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir

    Mən Prezident İlham Əliyevi yaxın dostum hesab edirəm - Aleksandr Vuçiç

    Prezident İlham Əliyev: Vəziyyəti nəzarət altına alsaq, o zaman xalqların uğur qazanması mümkündür

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.