Əsas səhifə » Azərbaycan İƏT-in Zirvə Görüşünə ev sahibliyi edəcək

Azərbaycan İƏT-in Zirvə Görüşünə ev sahibliyi edəcək

BAKI, AzerVoice

2026-cı ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi və növbəti 2 il ərzində bu quruma sədrlik edəcək.

AzerVoice xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda genişləndirilmiş iclasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Azərbaycan növbəti il Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə də ev sahibliyi edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice