Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Niger hərbi çevrilişdən sonra müstəmləkəçilikdən xilas ola biləcəkmi

    18 İyul 2024 10:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Nigerdəki hərbi çevrilişdən bir ilə yaxın vaxt keçib. İyulun 26-da çevriliş nəticəsində devrilmiş Məhəmməd Bazoum Nigerin 1960-cı ildə müstəqillik əldə etdikdən sonra seçilən ilk lideri idi. 2021-ci ildə vəzifəsinin icrasına başlayan Bazoum Qərb dövlətləri tərəfindən bölgədəki silahlı qruplaşmalara qarşı mübarizədə mühüm müttəfiq hesab edilirdi. İndi isə, ölkədə dəyişən siyasi və diplomatik tarazlıqlar yeni aktyorlar üçün fürsət yaradıb.

    2023-cü il iyulun 26-da general Abdurrahmane Tchianinin rəhbərliyi ilə hakimiyyətə gələn hərbi idarə, Qərb müttəfiqləri ilə demək olar ki, bütün əlaqələri kəsməklə bərabər, yeni ittifaqlar və əlaqələrlə ölkənin siyasi və iqtisadi inkişafına zəmin yaratmağa çalışır.

    Qərbin Afrikadakı ən yaxın müttəfiqlərindən sayılan Nigerdə ​​administrasiya dəyişikliyi ən çox Fransa ilə münasibətlərə təsir edib.

    Hakimiyyəti ələ keçirdikdən qısa müddət sonra Tchiani administrasiyası 2023-cü il avqustun 4-də Fransa ilə hərbi əməkdaşlığa son qoydu və avqustun 25-də Fransanın Niameydəki səfiri Sylvain Itte-ni “persona non qrata” (istənilməyən adam) elan etdi.

    Itte-nin persona non qrata elan etməsi iki ölkə arasında misli görünməmiş diplomatik böhrana səbəb olsa da, Fransa qərarın legitim olmadığını əsas gətirərək Itte-ni ölkədə saxlamaq üçün hər cür cəhdə təşəbbüs etdi.

    Səfir İtte təxminən bir aya yaxın yeni rəhbərliklə oyun oynadı və “tutulmamaq” üçün səfirlik şəhərciyindən bir dəfə də olsun kənara çıxmadı.

    Niger xalqı İttenin ölkəni tərk etməsi üçün demək olar ki, hər gün Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirərkən, şəhərciyin elektrik və su təchizatı kəsilib, qida təchizatının da qarşısı alınmışdı.

    Avqustun 25-də ölkəni tərk etmək üçün 48 saat vaxt verilən səfir İtte sentyabrın 27-də Nigeri tərk etdi.

    Itte diplomatik böhrandan sonra ölkəni tərk etməsinin ardınca Fransa Niamey səfirliyini bağladı və 22 dekabr 2023-cü ildə ölkədə yerləşən 1500 əsgərini geri çəkdi.

    Əsgərlərin idarə etdiyi qonşu ölkələr Mali və Burkina Faso, Nigeri ECOWAS-ın əməliyyat təhlükəsindən qorumaq üçün hərəkətə keçdi.

    ECOWAS-ın Nigerə mümkün hərbi müdaxilə planına qarşı birgə müdafiə qüvvəsi yaradan üç ölkə 2023-cü ilin sentyabrında “Sahel Dövlətləri Alyansı (AES)” qurdu.

    Sözügedən üç ölkə 2024-cü ilin yanvarında ECOWAS-dan ayrıldıqlarını elan etdilər və konfederasiya yaratmağa razılaşdılar.

    Çevrilişdən sonra ölkədən Fransa və Avropa hərbi birləşmələrini çıxaran Niamey rəhbərliyi Mali və Burkina Faso kimi Rusiya ilə yaxınlaşma prosesinə girdi.

    Bu proses zamanı İranın Nigerdən uran alması ilə bağlı razılığın əldə edildiyi və hətta iki ölkə arasında bu tipli ilkin razılaşmanın imzalandığı iddiaları ABŞ mətbuatında geniş yer almışdı.

    Başlanğıcda yeni hərbi idarəetməyə qarşı ehtiyatlı davranan ABŞ daha sonra Nigerin İran və Rusiya ilə yaxınlaşmasından narahat olduğunu bildirdi. Nəticədə Martın 17-də Niamey administrasiyası ABŞ ilə 2012-ci ildə imzalanmış hərbi əməkdaşlıq müqaviləsinə xitam verib və ABŞ əsgərlərinin tezliklə ölkəni tərk etmələrini tələb etdi.

    ABŞ-ın Nigerdə ​​təxminən 1000 hərbi və pilotsuz uçuş aparatı (PUA) bazası var.

    Paytaxt Niameydə Avropa ölkələri ilə birgə istifadə etdikləri 101-ci hava bazasından ilkin olaraq çəkilən ABŞ, sentyabrın 15-dək Sahara səhrasının şimal ucunda yerləşən Aqadezdəki Niger 201 PUA bazasından da çəkiləcək.

    Niger 201, Cibutidəki daimi bazasından sonra ABŞ-ın PUA əməliyyatları həyata keçirdiyi Afrikada ikinci ən böyük bazadır.

    ABŞ tərəfindən tikilib maliyyələşdirilən və mülkiyyəti Niger ordusuna məxsus olan baza 2019-cu ildən yüksək texnologiyalı peyk rabitə sistemləri ilə xidmət göstərir.

    Niger dövlətindən 10 il müddətinə icarəyə götürülmüş Niger 201 ABŞ-da ən böyük və ən bahalı İHA bazası hesab olunur. Onun tikintisinə 110 milyon dollar, illik serviz xidmətinə isə 30 milyon dollar xərcləyən ABŞ sözügedən bazadan Saheldəki əsas kəşfiyyat və müşahidə mərkəzi kimi istifadə edir.

    Dünyanın ən böyük uran tədarükçüləri siyahısında 7-ci yerdə olan Niger, 2022-ci il məlumatlarına görə, həmin il dünya uran tədarükünün 5%-ni qarşılayıb.

    311 min 110 metrik ton uran ehtiyatı ilə Niger Fransanın üçüncü Aİ-nın isə ikinci ən böyük uran tədarükçüsüdür.

    Fransa 50 ilə yaxındır ki, keçmiş müstəmləkəsi sayılan Nigerdən uranı əvvəllər “Areva” kimi tanınan dövlət nüvə enerjisi şirkəti Orano vasitəsilə təmin edir.

    Onu da əlavə edək ki, 3 avqust 1960 müstəqilliyini qazanan Niger 99%-i müsəlman olmaqla 2020-ci il məlumatlarına görə 22,4 milyon əhaliyə sahibdir. Başlıca ixracat məhsulları uran, qızıl, kimyəvi maddələr, heyvan məhsulları, tərəvəz və meyvələr olan ölkənin əsas ticarət tərəfdaşları Fransa, Çin, ABŞ, Nigeriya, Tayland, Malayziya, Hindistan və Türkiyədən ibarətdir.

    Niger hərbi çevrilişdən sonra müstəmləkəçilikdən xilas ola biləcəkmi
    #Niger
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

    8 Dekabr 2025 21:12

    Bayraktar TB2 Türkiyənin Afrikadakı siyasi nüfuzunu artırır

    23 Noyabr 2025 03:00

    Üç Afrika dövləti Beynəlxalq Cinayət Məhkəməsindən çıxıb

    23 Sentyabr 2025 15:44

    Türkiyənin Afrikada yüksələn gücü: Təhlükəsizlik əməkdaşlığı yeni mərhələyə keçir

    25 İyul 2025 11:10

    Somalidə antiterror əməliyyatı: 40 terrorçu zərərsizləşdirilib

    7 İyun 2025 20:27

    Türkiyə XİN Nigerdə məscidə edilən hücumu pisləyib

    22 Mart 2025 19:42

    Nigerdə məsciddə terror aktı baş verib

    22 Mart 2025 19:25

    Afrikada Fransız Mirasının Sonu: Niger və Digər Ölkələr Nə Planlaşdırır?

    19 Mart 2025 22:00

    ABŞ ordusunun Nigerdən çıxarılması prosesi başa çatıb

    17 Sentyabr 2024 17:14

    Üç Afrika ölkəsi ümumi pasport sisteminə keçməyi planlaşdırır

    16 Sentyabr 2024 17:47

    ABŞ və Fransanı ölkədən qovan Niger Türkiyə ilə əməkdaşlıq edəcək

    18 İyul 2024 18:39

    Türkiyədən yüksək səviyyəli nümayəndə heyəti Nigerə gedib

    17 İyul 2024 13:14
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin hava məkanını pozan PUA F-16-lar tərəfindən zərərsizləşdirilib

    İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib

    Ayrı-seçkiliyi hədəf alan siyasət qəbuledilməzdir - Ərdoğan

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Türkiyə Neft Şirkəti 2026-cı ildə Somalidə qazma işlərinə başlayacaq - Alparslan Bayraktar

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.