Bakı, AzerVoice
May ayından bəri Qəzza zolağına yardım edilmir.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Rəfah Sərhəd Qapısında açıqlama verib.
“Hazırda nümayəndə heyətimizlə birlikdə Rəfah Sərhəd Qapısındayıq. Rəfah Sərhəd Qapısında olan əlaqədar dostlarımız bizə brifinq verdilər və gördükləri işləri izah etdilər. Hazırda Refah Sərhəd Qapısı hazırda nəqliyyat üçün bağlıdır və bildiyiniz kimi, sərhədin digər tərəfi tamamilə dağıdılıb.” – deyə Fidan bildirib.
O qeyd edib ki, bu qətliam dayandırılmasa, insanlıq olaraq bu qətliamın ortağı olacağıq.
“Əlimizdən gələn köməyi göstərməyə və bütün təzyiqləri artırmağa çalışmalıyıq” – deyə Hakan Fidan bildirib.
Hafiz Rufizoğlu