BAKI, AzerVoice
Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün Azərbaycan və Orta Asiya vahid geosiyasi və geoiqtisadi bölgədir.
AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.
"Azərbaycan Mərkəzi Asiya ölkələrinin məsləhət görüşlərində üçüncü dəfədir iştirak edir", - deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı son üç ildə Orta Asiya ölkələrinə 14 dəfə səfər etdiyini qeyd edib.