Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəsmi Xronika

    Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib

    28 Oktyabr 2024 10:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.

    AzerVoice xəbər verir ki, dövlətimizin başçısı general Sahir Şamşad Mirzanın səfərinin ölkələrimiz arasında güclü tərəfdaşlıq, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələlərinin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını dedi.

    Prezident İlham Əliyev bu il qardaş Pakistana dövlət səfərinin çox uğurlu və məhsuldar keçdiyini vurğulayaraq, bunun dostluq və qardaşlıq münasibətlərimizin daha yüksək səviyyəyə qalxması işinə töhfə verdiyini bildirdi.

    Dövlətimizin başçısı ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində bir-birini həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini qeyd etdi.

    Əməkdaşlığımızın, o cümlədən ticarət sahəsində əlaqələrimizin əsas istiqamətlərinin artıq müəyyənləşdirildiyini bildirən dövlətimizin başçısı dedi ki, özünün Pakistana dövlət səfəri zamanı Azərbaycanın bu ölkəyə 2 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu imkanları barədə bəyanat verilib və bu sahədə sıx əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər.

    Müdafiə sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bir müddət əvvəl artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarərlərdən olduğunu dedi. Dövlətimizin başçısı bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirdi.

    Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin COP29 tədbirində iştirakının və gələn il öllkəmizə dövlət səfərinin Azərbaycanda səbirsizliklə gözlənildiyini diqqətə çatdırdı.

    Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin Bakıda keçirəcəyi görüşlərin uğurlu olacağına ümidvar olduğunu bildirdi.

    Azərbaycan dövlətinin başçısı ilə görüşündən şərəf duyduğunu vurğulayan Sahir Şamşad Mirza Prezident İlham Əliyevin əfsanəvi şəxsiyyət olduğunu qeyd etdi. Qonaq Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Məhəmməd Şahbaz Şərifin salamlarını, Pakistan xalqının ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

    Sahir Şamşad Mirza Azərbaycan Prezidentinin Pakistana dövlət səfərinin ikitərəfli münasibətlərimizin inkişafında tarixi təməl daşı olduğunu dedi.

    Qonaq ölkəmizdə keçirilən prezident seçkilərində İlham Əliyevin, parlament seçkilərində isə hakim Yeni Azərbaycan Partiyasının qələbəsinin önəmini qeyd edərək vurğuladı ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin davamçısıdır. Sahir Şamşad Mirza qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin inkişafı fenomenal hadisə olmuşdur. Qonaq bu cür inkişafa, o cümlədən ümumi daxili məhsulun və əhalinin rifah halının artma templərinə heç bir ölkədə rast gəlinmədiyini dedi.

    Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Vətən müharibəsində Azərbaycanın Qələbəsinin önəmini vurğulayaraq qeyd etdi ki, ölkəmizin əsgər və zabitlər ilə bağlı baxışı, yerli istehsalın təşviqi, müharibədə müdafiə sənayesi kompleksi və güclü hərbi imkanlarla bərabər, müdafiənin bir növü olan qabaqlayıcı strategiyanın tətbiqi dünyaya çox aydın bir siqnal oldu ki, Azərbaycan hədəfə köklənib və irəliləyir.

    Ölkəmizdə gedən inkişaf proseslərinin nümunə olduğunu qeyd edən qonaq Pakistanın Azərbaycan ilə qardaşlıq əlaqələrinin qarşılıqlı inama, səmimiliyə, əməkdaşlığa, mədəni əsaslara söykəndiyini dedi. O, qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırdı və bu bayramın Pakistanda da qeyd edildiyini məmnunluqla vurğuladı.

    Sahir Şamşad Mirza qeyd etdi ki, Kəşmir məsələsində Azərbaycan Pakistanın yanında olduğu kimi, Ermənistan məsələsində də Pakistan Azərbaycanın yanındadır.

    Xəbər yenilənəcək

    Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib
    Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib
    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat

    8 Fevral 2026 22:48

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər

    8 Fevral 2026 11:12

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

    8 Fevral 2026 10:25

    Prezident İlham Əliyev AAYDA İdarə Heyətinə yeni sədr təyin edib

    6 Fevral 2026 19:41

    Axar-Baxar və İlisu milli parkları haqqında Əsasnamələr təsdiq edilib

    6 Fevral 2026 18:18

    Azərbaycanda strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin veriləcəyi müddət müəyyənləşib

    6 Fevral 2026 18:16

    Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    6 Fevral 2026 12:03

    Dövlət Komitəsinin sədri Sumqayıtda dini ibadətgahları ziyarət edib

    6 Fevral 2026 10:58

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı görüntülər paylaşılıb

    5 Fevral 2026 17:40

    Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb

    5 Fevral 2026 17:22

    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq çətin məqamda real mahiyyətini nümayiş etdirib

    5 Fevral 2026 17:03

    Prezident İlham Əliyev: Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

    5 Fevral 2026 17:02
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin İran qorxusu: Miqrasiya dalğası, enerji böhranı və yeni terror aktları

    Türkiyədə genişmiqyaslı narkotik əməliyyatı: 1 tondan çox maddə ələ keçirilib

    Suriyanın şimal-qərbində sel fəlakəti: Ölənlər var

    Hüquq Bələdçisi - Mediasiya subyektləri: Prosesdə kimlər iştirak edir?

    Yanvar ayında Türkiyədən Azərbaycana sement ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Kral Offanın sirri: Min il əvvəl İngiltərədə niyə İslam dinarı zərb edilirdi?

    Qəzza üçün bərpa yoxsa yeni siyasi mərhələ?

    Bu gün Milliyyətçi Hərəkat Partiyası yaradılıb

    9 Fevral: Nəvainin Doğumu və BƏƏ-nin Mars Zəfəri - Tam Xronika

    “Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.