Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    XİN-dən Ermənistan baş nazirinin ofisinin sərhəddə atışma ilə bağlı bəyanatına cavab

    18 Mart 2025 16:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Ermənistan Baş nazirinin ofisinin Azərbaycana qarşı tamamilə əsassız iddialarla yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən 18 mart 2025-ci il tarixli bəyanatını qətiyyətlə rədd edirik.

    AzerVoice xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin ofisinin sərhəddə atışmalar və digər anti-Azərbaycan iddiaları ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyan etdiyi atəş açılması hallarına, eləcə də Ermənistan tərəfinin də xəbərdar olduğu video çəkilişlərdə görünən Ermənistan hərbi qulluqçularının açıq təxribatlarına son qoyulması sabitlik üçün zəruri şərtdir: "Xoşməramlılıq nümayiş etdirmək və bu cür təxribatlara son qoymaq əvəzinə, Ermənistan tərəfinin mücərrəd və praktiki olaraq qeyri-mümkün təklifləri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı müddətində olduğu kimi heç bir əsası yoxdur. Bu, işğala son qoymağa çağırış etmək əvəzinə, Minsk Qrupu həmsədrlərinin irəli sürdüyü təklifləri xatırladır".

    XİN rəsmisi qeyd edib ki, əgər Ermənistan hökuməti, Baş nazirin ofisinin də bəyan etdiyi kimi sülh gündəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsi də daxil olmaqla kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşərdi.

    "İki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılması ilə bağlı Ermənistanın guya xoşməramlı olmasına gəlincə, məhz Azərbaycanın sülh sazişi üzərində işləmək təklifi ilə ilk addımları hələ 2022-ci ilin əvvəlində atmasına baxmayaraq, Ermənistanın bütün vasitələrlə prosesi necə pozduğu faktını xatırlatmaq yerinə düşər. Onu da qeyd edək ki, Ermənistanın danışıqlarda törətdiyi çoxsaylı çağırışlara, o cümlədən Azərbaycan ərazilərindən qalan qüvvələrini çıxarmaqdan imtina etməsinə və ərazilərimizdə qurduqları rejimi təşviq etməsinə baxmayaraq, məhz Azərbaycanın səyləri və tədbirləri nəticəsində prosesdə belə bir nailiyyət əldə olunub.

    Eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün konstitusiyaya dəyişiklik edilməsi barədə uzun müddət bundan əvvəl irəli sürülmüş tələbimizdən xəbərdar olmasına baxmayaraq, Ermənistanın bu çağırışa məhəl qoymaması olduqca narahatlıq doğurur. Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq".

    Ayxan Hacızadə vurğulayıb ki, 30 ilə yaxın müddətdə məhz tərəf olduğu beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozan, Azərbaycana qarşı təcavüz törədən, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən ölkə kimi Ermənistanın belə mexanizmlərdən danışmağa mənəvi haqqı yoxdur.

    "Kommunikasiyaların açılması məsələsinə gəldikdə, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinə baxmayaraq, Ermənistan bu öhdəlikləri 4 il ərzində yerinə yetirməyib. Bunun əvəzinə, onlar diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədilə, mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürüblər. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır.

    Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq", - o əlavə edib.

    #Ermənistan #Türkiyə XİN
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qərbi Azərbaycan İcması Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı yönəlmiş təxribatçı addımları pisləyib

    9 Fevral 2026 10:23

    “Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat

    8 Fevral 2026 22:48

    Qərbi Azərbaycan İcması Ermənistan məhkəməsinin addımını revanşistlərin sülhə qarşı cəhdi adlandırdı

    8 Fevral 2026 17:49

    Azərbaycan və Türkiyə ikitərəfli müttəfiqlik münasibətlərini müzakirə ediblər

    8 Fevral 2026 16:40

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

    8 Fevral 2026 10:25

    Hakan Fidan və Qətər Baş naziri arasında regional məsələlər müzakirə olunub

    6 Fevral 2026 14:11

    Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan həqiqətən yaxşı liderlərdir - Tramp

    5 Fevral 2026 22:05

    Ermənistan vətəndaşlarının məhkəməsində daha 7 nəfərə hökm oxundu

    5 Fevral 2026 16:20

    Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edildi

    5 Fevral 2026 13:40

    Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edildi

    5 Fevral 2026 13:38

    David Babayan ömürlük azadlıqdan məhrum edildi

    5 Fevral 2026 13:30

    Davit İşxanyan ömürlük azadlıqdan məhrum edildi

    5 Fevral 2026 13:28
    Demo
    XƏBƏR LENTİ

    Sensor ekranlara yox deyən elektrikli Ferrari: Luce gəlir

    Azərbaycan Türkiyə şirkəti ilə biznes imkanlarını müzakirə etdi

    Yanvar ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Azərbaycan və Latviya səhiyyə arasında səhiyyə sahəsində imzalanmış Saziş təsdiq edilib

    Azərbaycanda pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılır

    Tahir Budaqov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

    Prezident İlham Əliyev Tahir Budaqovu Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edib

    Azərbaycanda əmək pensiyaları indeksləşdirilir

    Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti daha bir il uzadıldı

    Nissan-ın yeni yol xəritəsi: Tam elektrikli avtomobillərdən "yumşaq" keçid strategiyasına

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.