Bakı. AzerVoice:
Fələstin prezidenti Mahmud Abbas yaxın günlərdə Ankaraya səfər edəcək.
AzerVoice xəbər verir ki, bunu Antalya Diplomatik Forumunda çıxışı zamanı Fələstin baş naziri Riyad Əl-Malki deyib.
O qeyd edib ki, səfərin baş tutması üşün müvafiq işlər görülür.
“Səfər zamanı Mahmud Abbas Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Fəlstin məsələsini və eləcə də Qəzzada yaşanan soyqırımı müzakirə edəcək” – deyə o bildirib.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.
Təsnim Rufizqızı