Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Murovdağ gəmisi iki ölkəyə səfərini uğurla tamamlayıb

    11 Yanvar 2025 11:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) ötən ilin oktyabr ayında aldığı sayca ikinci "Handysize" tipli "Murovdağ" gəmisi Kolumbiya və Ekvadora olan ilk səfərini uğurla tamamlayıb.

    AzerVoice bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    "Murovdağ" hazırda Çilinin Tokopilla limanına doğru hərəkət edir. Gəmi burada gübrə və ammonium nitrat yükünü anbarlarına yükləyəcək və daha sonra Braziliyanın Salvador limanına doğru yola düşəcək.

    Qeyd edək ki, bu nəhəng quru yük gəmisi ASCO-nun 2024-cü ilin mayında istifadəyə verdiyi ilk "Handysize" tipli "Xocalı" gəmisi kimi təxminən 38 000 ton yükgötürmə qabiliyyətinə (dedveytə) malikdir. Uzunluğu 179,9 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu isə 10,47 metrdir. Maksimum sürəti 15,7 uzel olan gəmi suya oturumunun optimal dizaynı sayəsində bir çox dayaz limanlara rahatlıqla daxil ola bilir.

    2020-ci ildə Yaponiyada inşa edilmiş "Murovdağ" ekoloji baxımdan beynəlxalq standartlara cavab verir, yanacaq sərfində qənaətcilliyi ilə seçilir və müasir təhlükəsizlik sistemləri ilə təchiz edilib.

    #Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə bayraqlı gəmilərlə 2,3 milyon ton yük daşınıb (ÖZƏL)

    19 Fevral 2026 10:00

    bp Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yenilədi

    19 Fevral 2026 09:50

    Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olunub

    18 Fevral 2026 22:17

    BOKT "International"ın istiqrazları üzrə hərracın vaxtı açıqlanıb

    18 Fevral 2026 18:43

    Yanvarda Türkiyənin mebel ixracı 562 milyon dolları ötüb (ÖZƏL)

    18 Fevral 2026 17:03

    Türkiyənin Aliağa limanı 2026-cı ilin yanvarında 6 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    18 Fevral 2026 14:17

    2025-ci ildə rəqəmsal iqtisadiyyatın inkişafına strateji töhfələr

    18 Fevral 2026 11:18

    Yanvarda Türkiyənin Çinə xalça satışı geriləyib (ÖZƏL)

    18 Fevral 2026 10:13

    Yanvar ayında Van Hava Limanında 146 mindən çox sərnişin daşınıb (ÖZƏL)

    18 Fevral 2026 09:00

    Azərbaycan və BƏƏ iqtisadi tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər

    17 Fevral 2026 19:49

    Eritreyada saxlanılan gəmilərin heyəti ölkəmizə geri gətirildi

    24 Mart 2025 15:41

    ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb

    6 İyul 2024 11:20
    XƏBƏR LENTİ

    İordaniya və Azərbaycan təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

    Qəzzanın yenidən qurulması üçün 5 milyard dollar toplanıb

    Türkiyə bayraqlı gəmilərlə 2,3 milyon ton yük daşınıb (ÖZƏL)

    bp Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yenilədi

    Ukrayna münaqişəsi tərəflərdən biri tükənəndə başa çatacaq - Merts

    ABŞ dövlət katibi Marko Rubio İsrailə səfər edəcək: İranla nüvə danışıqları gündəmdə

    Əlcəzair və Fransa arasında yeni səhifə: Gərgin münasibətlərdə "normalaşma" cəhdləri

    Yuxuda nərgiz görənlər üçün vacib mesaj – Bu yuxu nəyi xəbər verir?

    Fransada Ramazan xurması qadağası - ölkəni boykot dalğası bürüyür

    BMT-dən Epşteyn açıqlamassı: "İnsanlığa qarşı cinayət" ittihamı gündəmdə

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.