Əsas səhifə » Məxfilik siyasəti

Məxfilik siyasəti

admin

GİRİŞ

“AZƏRPRESS MEDİA AGENTLİYİ” MMC tərəfdaşlarının, müştərilərinin, həmçinin vebsayt vasitəsilə məlumatlarını təqdim edən istifadəçilərin məxfiliyinin qorunmasına dair öhdəlik daşıyır.

Bu Məxfilik Siyasətini diqqətlə oxuyun və edilə biləcək hər hansı dəyişiklikləri nəzərdən keçirmək üçün vaxtaşırı səhifəyə yenidən daxil olun. Qeyd edək ki, istənilən vaxt bu Məxfilik Siyasətinə dəyişiklik edə bilərik və bu barədə veb-saytda dəyişiklik edilmiş şərtləri yerləşdirilir.

Bütün düzəliş edilmiş şərtlər, başqa şərt göstərilmədiyi təqdirdə, dərc edilmiş Məxfilik Siyasətində göstərilən tarixdə avtomatik olaraq qüvvədə olur.

MƏLUMATLARIN TOPLANILMASI VƏ İSTİFADƏSİ

“AZƏRPRESS MEDİA AGENTLİYİ” istifadəçinin könüllü olaraq “AZƏRPRESS MEDİA AGENTLİYİ”nə ötürdüyü, aşağıdakı qeyd edilən məlumatları toplaya bilər:

İstifadəçinin adı

İstifadəçinin soyadı

Əlaqə nömrəsi

Elektron poçt ünvanı

Toplanılan məlumatlar yalnız bu Məxfilik Siyasətində müəyyən edilən hallarda toplana bilər. Həmin hallar aşağıdakılardır:

Veb sayt vasitəsi ilə CV göndərərkən

“İdeyanı paylaş” bölməsində fikirlərinizi bölüşərkən

Vebsayt vasitəsilə agentliyə sorğu göndərərkən

Toplanan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:

İstifadəçinin sorğusuna cavab hazırlayan zaman

Analitik məqalələr hazırlanarkən, həmçinin, proses, xidmət və məhsulların təkmilləşdirilməsi üçün

Tədbirlərimiz, xidmətlərimiz, məhsullarımız və yeniliklərimiz barədə məlumat vermək üçün

İstifadəçi hər zaman gələcəkdə oxşar məlumatlar almaqdan imtina edə və ya bütün fərdi məlumatlarının silinməsinə dair sorğu göndərə bilər.

İstifadəçilərin “AZƏRPRESS MEDİA AGENTLİYİ”ndə saxlanılan məlumatları onların razılığı olmadan satıla və ya üçüncü şəxslə paylaşıla bilməz.

“COOKİE” SİYASƏTİ

Kukilər kompüteriniz, planşetiniz və ya mobil telefonunuzda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda sizin IP adresiniz, istifadə olunan brauzer proqramının növü, saytdan istifadənin tarixi və müddəti, saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında məlumatlar saxlanılır. “AZƏRPRESS MEDİA AGENTLİYİ” bir çox veb saytlarda olduğu kimi veb sayt istifadəçiləri üçün xidmət səviyyəsinin artırılması məqsədilə kukilərdən və digər texnologiyalardan faydalanır.

Kukilərdən istifadə olunmasını qəbul etmirsinizsə, veb saytı tərk etməli və ya kuki seçimlərinizi hazırkı Məxfilik Siyasətində göstərilən qaydada dəyişdirməlisiniz. Kukilərə icazə verilmədiyi halda veb saytdakı bəzi funksiyaların öz funksiyonallığını itirə biləcəyini nəzərə almağınızı xahiş edirik.

Əlavə olaraq “AZƏRPRESS MEDİA AGENTLİYİ” statistik məqsədlər üçün üçüncü tərəflərin kukiləri vasitəsilə məlumatı toplayır. “AZƏRPRESS MEDİA AGENTLİYİ” bu prosesi www.azervoice.com veb saytından istifadəni izləmək və təhlil etmək məqsədilə “Google” tərəfindən təqdim edilən “Google Analytics” xidməti vasitəsilə həyata keçirir.

Kukilərin istifadəsini özünüz tənzimləyə bilərsiniz. Belə ki, brauzerinizin tənzimləmələri vasitəsilə kukilərin deaktiv edilməsini və ya əvvəlcədən razılığınız olmadığı halda kompüterinizdə, mobil cihazınızda saxlanılmamasını təmin edə bilərsiniz. Kukiləri qəbul etmədiyiniz halda, azintelecom.az veb saytını daha effektiv edən bir çox xüsusiyyətləri istifadə edə bilməyəcəksiniz və bəzi xidmətlərimiz tam işləməyəcək.

MƏLUMATLARIN QORUNMASI

“AZƏRPRESS MEDİA AGENTLİYİ” sizin məlumatlarınızı qorumaq üçün çalışır. Bunun üçün biz müxtəlif təhlükəsizlik texnologiyalarından və informasiyanın icazəsiz girişdən, istifadədən və ya açıqlanmasından qorunmasına yönələn tədbirlər həyata keçiririk. İstifadə etdiyimiz tədbirlər sizin məlumatlarınızın emalı riskinə uyğun təhlükəsizlik səviyyəsini təmin etmək üçün nəzərdə tutulub.

“AZƏRPRESS MEDİA AGENTLİYİ” öz qəsdi və ya kobud səhvindən yaranan birbaşa zərərlər istisna olmaqla, veb saytın istifadəsi nəticəsində meydana gələ biləcək birbaşa və ya dolayı zərərə görə heç bir halda məsuliyyət daşımır.

Bu Məxfilik Siyasəti ilə bağlı hər hansı bir sualınız və təklifiniz varsa, bizə mail.azerpress@gmail.com elektron ünvanı vasitəsi ilə müraciət edin.

Digər Kateqoriyalar

2023 © AzerVoice