Bakı,AzerVoice
ABŞ-ın xüsusi nümayəndəsi Yəməndəki İran və Hizbullah əməliyyatçılarının husilərin hücumlarına kömək etdiyini bildirib. AzerVoice xəbər verir ki , ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Lenderkinq Senatın Xarici Əlaqələr Komitəsinə deyib ki, İranın rejimi ABŞ və Britaniyanın Yəmənə cavab zərbələri endirən Husilərin hücumlarını “təchizatlandırır”.
O qedyd edib ki, hal hazırda Yəməndə xeyli sayda İran ordusu mənsubları və edləcədə Hizbullah üzvləri var.
“Mən Yəmən xalqının bu iranlıları öz ölkələrində istəməsini təsəvvür edə bilmirəm. Buna son qoyulmalıdır”, - deyə o bildirib.