Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Kimdir

    Zaha Hadid kimdir?

    26 İyul 2024 17:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Dünya şöhrətli memar Zaha Muhəmməd Hadid ,31 oktyabr 1950-ci ildə Bağdadda doğulub.  2004-cü ildə o, tarixdə Pritzker mükafatına layiq görülən ilk qadın oldu.  “The Guardian” qəzeti Hadid haqqında “ O mermarlığı həndəsənin əsirliyindən azadn edən kraliçadır” deyib. Onun əsas əsərləri arasında London Olimpiadası üçün Su İdmanı Mərkəzi , ABŞ-da Miçiqan Universiteti Böyük İncəsənət Muzeyi, Bakıda Heydər Əliyev Mərkəzi və Çində Quançjou Opera Evi  yer alır. Onun bəzi layihələri ölümündən sonra təqdim olundu.
    Zaha Hadidin atası Məhəmməd əl-Həcc Hüseyn Hadid sol-liberal fikirlərə sahib idi və Milli Demokratik Sosialist Partiyasının həmtəsisçisi idi. Anası Vaciha əl-Sabunci əslən Mosuldan olan rəssam idi . Hətta anasının türkmən olduğu da iddia edilir.

    Zaha ilk olaraq Beyrut Amerika Universitetində riyaziyyat üzrə təhsil alıb . 1972-1977-ci illərdə Londonda Memarlıq Assosiasiyasında təhsilinin davam etdirib. Karyerasına müəllimi, görkəmli holland memar və dekonstruktivist nəzəriyyəçi Rem Koolhaasın OMA bürosunda başlayan Zaha Hadid 1979-cu ildə özünün Zaha Hadid Architects memarlıq firmasını təsis edib.

    Zaha Hadid deyirdi: “Mən heç vaxt peşəkar olacağıma şübhə etmirdim”.   

    Demək olar ki, yeniyetməlik illərindən bəri Zaha Hadid daim fantaziyalar qurur və bir çox layihələr üzərində işləyirdi. O, Temza üzərində körpü, İngiltərənin Leicester şəhəri üçün tərs çevrilmiş göydələn  və Honq Konqda dağın zirvəsində klub tikmək variantlarını təklif edir. Bu və digər layihələr ona nüfuzlu memarlıq müsabiqələrində qələbə və peşəkarlar arasında populyarlıq qazandı.
    O, İstanbulda Kartal-Pendik şəhər çevrilməsi layihəsinin dizayn müsabiqəsində qalib olub, lakin mükafatı qazanmasına baxmayaraq, iş pozulub və layihə həyata keçirilməyib.   
    Dünya memarlıq səhnəsində iz qoyan Zaha Hadid cəsarətli dizaynları ilə tanınıb. İlk qadın Pritzker mükafatı laureatı olan Hadid ölənə qədər qeyri-adi layihələri ilə ilham verməyə davam etdi.  

    Zaman keçdikcə Zaha Hadid daha da tanınmağa başladı.

    2016-cı ildə Kral Qızıl Medalına layiq görülən İraq əsilli britaniyalı memar 2015-ci ildə Jan Nouvel, Frank Gehry və Oscar Niemeyerdən sonra Memarlıq üzrə Kral Qızıl Medalı alan ilk qadın olub.   
    Zaha Hadid 31 mart 2016-cı il cümə axşamı günü ABŞ-ın Mayami şəhərindəki xəstəxanada ürək tutması nəticəsində 65 yaşında vəfat edib.
    Londondakı ofisindən verilən açıqlamada Zahanın günlər əvvəl sətəlcəm xəstəliyindən sonra qəfil öldüyü və xəstəxanada müalicə olunarkən qəfil infarkt keçirdiyi bildirilib. 
    Boris Conson Tvitter hesabında verdiyi açıqlamada "Zaha Hadidin ölüm xəbərini eşitdiyimə görə çox kədərləndim. O, ilham mənbəyi idi və onun irsi Stratfordda və bütün dünyada möhtəşəm binalarda yaşayır".  -deyə yazıb.

    Zaha Hadid kimdir?
    #Zaha Hadid kimdir?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əmir Teymur kim idi? Fateh, imperiya qurucusu və tarixdə iz buraxan şəxsiyyət

    14 Dekabr 2025 11:35

    Bu gün onun doğum günüdür - Şuhada Davit kimdir?

    8 Dekabr 2025 10:00

    Fəlsəfə, dilçilik və siyasət kəsişməsində...Noam Çomski kimdir?

    7 Dekabr 2025 15:00

    Nelson Mandela kimdir? – Bu gün onun ölüm günüdür

    5 Dekabr 2025 10:11

    Avtobus sürücüsündən dövlət başçısına qədər uzanan yol – Maduro hekayəsi

    30 Noyabr 2025 18:20

    Tetçerin izi ilə - Şəbana Mahmud kimdir?

    29 Noyabr 2025 15:09

    Namibiyaya demokratiya gətirmək istəyən Adolf Hitler kimdir?

    27 Noyabr 2025 16:38

    Döyüş sənətini dəyişən əfsanə - Brus Li kimdir?

    27 Noyabr 2025 15:55

    Hind Rəcəb kimdir?

    23 Noyabr 2025 16:20

    Fidel Kastronu devirməyə çalışan - Con Kennedi kimdir?

    22 Noyabr 2025 21:00

    Fatih Erbakan: Milli Görüş xəttinin yeni mərhələsi

    18 Noyabr 2025 11:58

    Trampı Dəməşqə səfərə təşviq edən Conatan Bass kimdir?

    17 Noyabr 2025 09:52
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 16 Dekabr

    Türkiyənin hava məkanını pozan PUA F-16-lar tərəfindən zərərsizləşdirilib

    İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib

    Ayrı-seçkiliyi hədəf alan siyasət qəbuledilməzdir - Ərdoğan

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.