Bakı,VOA
İslam dininin əqidə və ya əməli (fiqhi) hökmlərinin izahında özünəməxsus metodlara və yanaşmalara malik olan düşüncə məktəblərinə verilən ad.
“Məzhəb” kəlməsi ərəbcə “gedilən yol” mənasına gəlir. Termin kimi məzhəb “dinin əqidə və ya əməli hökmlərinin əsaslandığı dəlilləri tapıb, onlardan hökm çıxarmağa və onları şərh etməyə səlahiyyəti çatan alimlərin fikirləri və ya müəyyənləşdirdikləri sistem” kimi də tərif olunur.
İslam daxilində tarix boyunca çox sayda məzhəb yaranmış, onların bir hissəsi tarix səhnəsindən silinmiş, bəzisi isə dövrümüzə qədər gəlib çıxmışdır.
Müasir dövrdə İslam məzhəbləri eti- qadi və fiqhi olmaqla ikiyə bölünür.