Bakı,AzerVoice
Din yalnız gündə beş dəfə namaz qılmaq, müqəddəs Ramazan ayı boyunca oruc tutmaq, rifah vergisi olan zəkatı vermək, maddi imkanlar daxilində həccə getmək kimi beş “şərt”lə məhdudlaşmır. Çünki İslamda həyat dini və dünyəvi qollara ayrılmayıb. İslamda ruhani və dünyəvi, sekülyar və dindar kimi iki qütblü anlayışlara yer yoxdur. Müsəlmanın həyatı vəhdət halındadır.
İslama uyğun həyat tərzinin məxsusi və möhtəşəm bir mədəniyyət yaratması labüddür. İslam dünyaya mənəvi baxış bucağı formalaşdırır, dərinlik və ciddiyyətlə yanaşı, yüksək həyat standartı, maddi və mənəvi rifah təqdim edir. Mədəniyyət insanların dünyaya və kainata hansı prizmadan baxdıqlarını əks etdirir. İnsanların cəmiyyət qurma şəklini, toplumun fərdlər üçün əhəmiyyətini həmin prizma və baxış sferası müəyyənləşdirir. Onların həyat tərzini və bir-biriləri ilə münasibətlərini tənzimləyir. Həmçinin kasıb, kimsəsiz, ac, evsiz və əqli cəhətdən qüsurlu olan digər insanlara qarşı müsbət və humanist davranışlar da mədəni İslam toplumunun keyfiyyət göstəricisidir. Mədəniyyət bir cəmiyyət forması qurma və onun üzvlərində dünya və kainata qarşı dəyərli olan hər şeyi əhatə edəcək bir baxış bucağı və həyat fəlsəfəsi yaratma şəklidir.
İslam sadə və gözəldir.
İlk ayə nazil olduğu zaman həzrət Məhəmməd Məkkənin şərqindəki Nur dağında yerləşən Hira mağarasında idi. Tək bir hadisə deyil, ortaq məqsəd uğrunda birləşən bir çox hadisə İslamın var olmağı və böyüməsinə xidmət etmişdir. Bütün bunlar din- ləyicilərinə doğru yolu göstərmiş və göstərməkdə davam edən müqəddəs bir kitaba - Qurani-Kərimə bağlı qalaraq müsəlmanlar üçün ən yaxşı nümunə olan Allahın elçisi və mükəmməl bir insan olan peyğəmbər, döyüşlərdə qəhrəmanlıqla vuruşan, lakin həmişə sülh tərəfdarı olan sərkərdə və hökmdar olmaqdansa, sadə bir lider olmağa üstünlük verən dövlət başçısı həzrət Məhəmmədin nümunəvi həyatında təmərküzləşir. Əsil-nəcabətli bir ailə- dən gəlməsinə baxmayaraq, kişiyə və qadına, müsəlmana və qeyri-müsəlmana, varlıya və kasıba, ərəblərə və qeyri ərəblərə, irqindən və rəngindən asılı olmayaraq bütün insanlara qarşı ədalət və qayğı prinsipi ilə yanaşan həzrət Məhəmməd İslamın qəbul edilmə prosesində əsas və birinci dərəcəli faktor olmuşdur. Çox böyük bir potensiala sahib və bundan istifadə etməli olduğunu dərk edən bir cəmiyyət və yer üzündəki insanlara həqiqi, gerçək və gözəl olduğunu sübut edən bir din...
Mərhum Faruqinin də qeyd etdiyi kimi, İslami dəyər- lər həyata bütöv, əhatəli aspektdən baxan mütərəqqi bir görüşdür. Məhz bu görüş bəşəriyyət üçün genişmiqyaslı nəticələri olan bir mədəniyyət yaratmaq üçün katalizator rolunu oynamışdır.