Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Quantanamo həbsxanasının bağlanması mümkündürmü?

    29 Fevral 2024 11:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Təxminən 22 il əvvəl ABŞ Kubanın Quantanamo həbsxanasında 2001-ci il 11 sentyabr hücumlarından sonra terrorçu hesab etdiyi şəxslərin saxlanması üçün hərbi həbsxana yaradıb.
    Quantanamodakı həbsxana və hərbi komissiyalar əvvəlcə terrorda şübhəli bilinən şəxslərin heç bir məhdudiyyət olmadan saxlanıla və sorğu-sual oluna biləcəyi “qanunsuz ada” kimi nəzərdə tutulmuşdu.
    Bu, həbsxananı ədalətsizliyin, sui-istifadənin və qanunun aliliyinə hörmətsizliyin simvolu kimi görənlər istər ABŞ daxilində istərsə də və xaricində çoxlu tənqidlərə məruz qalıblar.

    Quantanamo 2002-ci ildə açılandan bu yana 800-ə yaxın kişi kameralardan saxlanılıb. Bir çoxları işgəncələrə, eləcə də qanunsuz həbslərə məruz qalıblar. 2013-cü ilin dekabrına qədər bu rəqəm təxminən 160-a düşmüşdü. 2017-ci il yanvarın 17-də ABŞ hökuməti Quantanamoda hələ də 41 məhbusun olduğunu açıqladı.
    2018-ci ilin mayında saxlanılan Həzza əl-Dərbi Səudiyyə Ərəbistanına ekstradisiya edilib. 2022-ci ilin martında Məhəmməd Mani əl-Qahtani Səudiyyə Ərəbistanına ekstradisiya edilib. 2 aprel 2022-ci ildə ABŞ Süfyan Berhumini Əlcəzairə ekstradisiya edib.
    Saxlanılanların ən yaşlısı Seyfullah Baraşa 2022-ci il oktyabrın 29-da azadlığa buraxılıb və 20 ilə yaxın həbsdən sonra ölkəsi Pakistana göndərilib.
    2023-cü ilin fevralında iki pakistanlı qardaş Abdurrahim Rabbani və Muhammad Rabbani azad edilib.
    2023-cü il martın 8-də ABŞ rəsmiləri səudiyyəli mühəndis Ğassan al-Şarbi-nin 21 il Quantanamoda qaldıqdan sonra 11 sentyabr hücumlarında aidiyyatı olmadığı üçün azad edilərək Ər-Riyada deportasiya edildiyini açıqlayıblar.

    ABŞ rəsmiləri hazırda məhbus sayının 31 nəfər olduğunu, onlardan yalnız ikisinin mühakimə olunduğunu açıqlayıb.
    Rəsmi hökumət qeydlərinə görə, Quantanamoda məhbusların sayının 29 faizi əfqan, 19 faizi səudiyyəli, 15 faizi yəmənli, 9 faizi pakistanlı, 3 faizi Əlcəzairli və 50 digər millətin nümayəndələri olduğu məlumdur.

    ABŞ-ın heç bir prezidenti, administrasiyasının vədlərinə baxmayaraq, həbsxananı bağlamaq üçün addım atmayıb.

    Demokratlar və Respublikaçılar arasında fikir ayrılığı
    Yanvar ayında 100-ə yaxın insan haqları təşkilatından ibarət qrup prezident Co Baydenə məktub göndərərək təcridxananın həmişəlik bağlanmasına çağırıb. Təcridxananın bağlanmasının zəruriliyi ilə bağlı Demokratlar və Respublikaçılar arasında fikir ayrılığı var.
    Quantanamonun bağlanmasına qarşı “müqavimətə” ümumiyyətlə respublikaçılar rəhbərlik edirdi.
    Lakin 11 sentyabr dinləmələrinin təxirə salınması iki tərəfin fikir ayrılığını aradan qaldırsa da, Bayden administrasiyası bu işin bağlanmasına üstünlük vermir.
    Bəzi siyasi analitiklər hesab edirlər ki, bu daha çox cəsarətsizlik, bütün idarələr arasında prioritetlərin olmaması ilə bağlıdır.
    Keçən il ABŞ hökumətinin təhlükəsizlik agentlikləri bu şəxslərin azadlığa buraxılması barədə yekdil qərar qəbul etdikdən sonra Bayden administrasiyası ümumilikdə 11 məhbusu ölkələrinə ekstradisiya ediblər.
    Onların əksəriyyəti üçün ekstradisiya qərarı illər əvvəl verilib, lakin ekstradisiyalar dayandırılıb.

    ABŞ hökuməti iddia edir ki, qalan məhbusların ekstradisiyasındakı gecikmələr azadlığa buraxılması təsdiqlənmiş bu şəxslərin bəzilərini qəbul etməyə hazır bir ölkənin tapılmaması ilə bağlıdır. Bu bəhanəni qeyri-adekvat kimi tənqid edənlər yüksək vəzifəli məmurları bunu bilərəkdən etməkdə ittiham edirlər.
    Əslində Quantanamoda məhbusların hələ də əziyyət çəkdiyi görünür.

    #Quantanamo #Quantanamo həbsxanası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “Bismillah”la başlayan əməliyyat: Ərəb qəbilələrinin seçimi Suriyanın şərqində güc balansını necə dəyişdi?

    21 Yanvar 2026 12:00

    Süni böhran: Suriyada kürd separatizminin xarici faktorları və tarixi reallıq

    21 Yanvar 2026 09:00

    Soyqırımlar, işğallar, deportasiyalar: Rusiya cinayətlərinin tarixi

    20 Yanvar 2026 08:00

    SDQ-ni kim əkdi, kim doğdu, kim boğdu – bütün suallara cavab

    19 Yanvar 2026 18:25

    Suriya razılaşması: hərbi nailiyyətdən siyasi legitimliyə keçid

    19 Yanvar 2026 15:01

    Prezidentliyin ilk ili: Tramp hakimiyyətin sərhədlərini necə genişləndirdi?

    19 Yanvar 2026 09:00

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    19 Yanvar 2026 01:00

    “Hizbullah” Aunun çağırışlarından narazıdır, lakin tək qalmaqdan ehtiyat edir

    18 Yanvar 2026 14:00

    Tramp və neft: ABŞ prezidenti niyə 1973-cü ilin siyasətini yürüdür?

    18 Yanvar 2026 12:00

    İranın təhlükəsizlik institutları: onların rolu və “Ali Rəhbər”lə münasibətləri necə tənzimlənir - Rejim gücünü hardan alır?

    18 Yanvar 2026 09:00

    İranda baş verən xalq etirazları İslam Respublikasının taleyini dəyişə bilər

    18 Yanvar 2026 05:00

    11 Sentyabr hücumlarından 24 il sonra… Xalid Şeyx Məhəmməd və başqaları hələ də məhkəməni gözləyirlər

    10 Sentyabr 2025 23:00
    Demo
    XƏBƏR LENTİ

    Keçən il Qazaxıstanlıların Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

    Prezident İlham Əliyev ABŞ Prezidentinə məktub ünvanlayıb

    Donald Tramp Prezident İlham Əliyevə dəvət məktubu ünvanlayıb

    Aeroport şosesində buzlanma səbəbindən nəqliyyatın hərəkəti çətinləşib

    Ərdoğan Bahçeli ilə görüşəcək

    Fransa Qrenlandiyada NATO təlimi təşkil edilməsini tələb edib

    Prezident İlham Əliyev Davosda “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb

    Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb

    Prezident İlham Əliyev Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti ilə görüşüb

    İran hücuma məruz qalacağı təqdirdə bütün imkanlarını səfərbər edəcək - Əraqçi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.