Bakı,AzerVoice
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) terror təşkilatı PKK/KCK-nın sözdə liderlərindən olan Gülüstan Tekik İraqın Süleymaniyyə şəhərində həyata keçirdiyi dəqiq əməliyyatla zərərsizləşdirilib.
AzerVoice xəbər verir ki, Tekik təşkilatın Süleymaniyyədə təbliğat və dezinformasiya fəaliyyətini həyata keçirirdi. O, həm də təşkilatın ideologiyasının yayılmasına və təşkilatda iştirakın artırılmasına cavabdeh idi.
MİT-ə PKK/KCK üzvü Tekikin Süleymaniyə yerləşdirməsi ilə bağlı kəşfiyyat məlumatı daxil olub.
Tekik MİT tərəfindən addım-addım təqib edilib və ən uyğun anda zərərsizləşdirilib.