Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Uncategorized

    Pyotr Qlıboçkoya “Dostluq” ordeni təqdim olunub

    13 İyul 2024 11:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkoya "Dostluq" ordeni təqdim edilib. O, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunub. Mükafatın təqdimatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyində keçirilib.

    Nazirlikdən AzerVoice -ə verilən məlumata görə, tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev Pyotr Qlıboçkonun xidmətlərindən danışıb.

    "Son illər Azərbaycanda səhiyyə sisteminin müasir əsaslarla inkişaf etdirilməsi istiqamətində qəbul edilən dövlət proqramları, həyata keçirilən innovativ layihələr, tibbi təhsilin yüksəldilməsi və peşəkar tibb kadrlarının hazırlanmasına yönələn tədbirlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə göstərdiyi böyük diqqət və qayğısının bariz nümunəsidir", - deyə nazir diqqətə çatdırıb.

    Azərbaycanın səhiyyə sistemində çalışanların peşəkarlığının artırılmasının ümdə məsələlərdən biri olduğunu qeyd edən Teymur Musayev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Nazir, eyni zamanda, bu təhsil ocağını bitirən həkimlərin ölkə səhiyyəsinə mühüm töhfələr verdiyini bildirib.

    Teymur Musayev 2021-ci ildə Bakı filialının ilk buraxılışında Rusiya Federasiyasının səhiyyə naziri ilə birgə 87 mütəxəssisə diplomların təqdim olunması mərasimində iştirakını da xatırladıb.

    Nazir İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə gələcəkdə əməkdaşlığın daha da gücləndirilməsi üçün geniş perspektivlərin olduğunu qeyd edib.

    Universitetin rektoru Pyotr Qlıboçko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeninə layiq görüldüyünə görə təşəkkürünü bildirib, bu mükafatın onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

    Rektor İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətinə verdiyi yüksək dəstəyə görə Birinci vitse-prezident Mehriban Əliyevaya da minnətdarlığını ifadə edib. Universitetin nüfuzlu professor-müəllim heyətinin Bakı filialında tələbələrə dərs keçdiyini diqqətə çatdıran Pyotr Qlıboçko qeyd edib ki, burada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.

    Rektor vurğulayıb ki, gələcəkdə də Azərbaycanda peşəkar tibb kadrlarının yetişdirilməsi işinə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı öz töhfəsini verəcək.

    Pyotr Qlıboçkoya “Dostluq” ordeni təqdim olunub
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-də qasırğaların fəsadlarının aradan qaldırılmasına 612 milyon dollar ayırılacaq

    14 Oktyabr 2024 04:45

    Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək

    9 Oktyabr 2024 20:19
    Demo
    XƏBƏR LENTİ

    Yuxuda dua etmək

    Şimali Kipr, Norveçin Cənubi Kiprə silah satışına etiraz edib

    Zəfər xronikası. 9 noyabr 2020-ci il: Prezident İlham Əliyev “BBC News”a müsahibə verib

    Səudiyyə Ərəbistanı daha əlçatan turizm layihələrinə başlayır

    Tarixdə bu gün - 9 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 9 noyabr

    Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

    Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub

    Çin raket arsenalını genişləndirir

    Boliviyanın yeni Prezidenti Rodriqo Pas and içib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.