Əsas səhifə » Türkiyə və Cənubi Koreya Prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

Türkiyə və Cənubi Koreya Prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

BAKI, AzerVoice

Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya prezidenti Li Jae Myonqla telefonla danışıb.

AzerVoice xəbər verir ki, Ərdoğan və Cənubi Koreya prezidenti Li Jae-Myunq arasında keçirilən görüşdə Türkiyə ilə Cənubi Koreya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Görüş zamanı Ərdoğan Jae-myunqu prezident seçilməsi münasibətilə təbrik edib.

Yeni dövrdə Türkiyə ilə Cənubi Koreya arasında strateji tərəfdaşlığın inkişafı üçün birgə addımlar atacağına ümid etdiyini ifadə edən Ərdoğan, iki ölkə arasında nüvə enerjisindən süni intellektə, yaşıl enerjidən müdafiə sənayesinə qədər bir çox sahədə əməkdaşlıq imkanlarının olduğunu bildirib.

Ərdoğan görüş zamanı Cənubi Koreya prezidentini Türkiyəyə dəvət edib.

Digər Kateqoriyalar

2025 © Azervoice