BAKI, AzerVoice
Türkiyə artıq qlobal səviyyədə söz sahibi olan bir dövlətdir.
AzerVoice xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Haaqa şəhərində keçirilən NATO Sammitində çıxış edərkən deyib.
O vurğulayıb ki, Türkiyənin müdafiə xərcləri əvvəl hədəf olaraq qoyulan 2 faiz səviyyəsini keçib.
“Biz hazırda 5 faizə ən yaxın müttəfiq ölkəyik. Türkiyə artıq qlobal səviyyədə söz sahibi olan bir dövlətdir” - deyə, o qeyd edib.
Ərdoğanın sözlərinə görə, sammit çərçivəsində müdafiə xərcləri əsas müzakirə mövzularından biri olub.
“Türkiyənin müdafiə sənayesi dünyada nümunə göstərilir. Müdafiənin gücləndirilməsi xüsusilə önəmlidir” - deyə, o əlavə edib.