Əsas səhifə » Türkiyədə güclü meşə yanğını baş verib

Türkiyədə güclü meşə yanğını baş verib

BAKI, AzerVoice

İzmirin Kemalpaşa rayonunda baş verən meşə yanğınına müdaxilə edilir.

AzerVoice xəbər verir ki, İzmirin Kemalpaşa rayonunda baş verən meşə yanğınına havadan və qurudan müdaxilə edilir.

Qızılüzüm rayonunda meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Xəbərdarlıq üzərinə İzmir Meşə Region Müdirliyinə aid 1 təyyarə, 4 helikopter, 24 su maşını, 3 su təchizatı maşını və 2 dozer bölgəyə göndərilib.

Ekipajlar yanğını nəzarət altına almaq üçün işlərini davam etdirir.

Digər Kateqoriyalar

2025 © Azervoice