BAKI,
AzerVoice
"Vicdan" yardım gəmisindəki 5 Türkiyə vətəndaşı Malta üzərindən
Türkiyəyə qayıdır.
AzerVoice xəbər verir ki, Azadlıq
Donanması Koalisiyasına (FFC) məxsus “Vicdan” adlı yardım gəmisində
olan Türkiyə vətəndaşlarının ölkəyə qayıtma prosesi başa çatmaq
üzrədir.
Xarici İşlər Nazirliyindən bildirilib ki, gəmidəki bütün Türkiyə
vətəndaşlarının Malta üzərindən Türkiyəyə qaytarılması tam təmin
ediləcək. Hazırda bu şəxslərin sağlamlıq vəziyyətlərinin yaxşı
olduğu qeyd olunub.
Mayın 2-də yerli vaxtla saat 00:23-də Malta sahillərində “Vicdan” gəmisinə pilotsuz uçuş aparatları ilə hücum edilib. Gəmi, İsrailin Qəzzaya qarşı davam edən hərbi əməliyyatlarına son qoyulması məqsədilə təşkil edilən beynəlxalq humanitar təşəbbüsün bir hissəsi idi. Gəmidə müxtəlif ölkələrdən olan insan haqları fəalları və yardım heyəti toplanmışdı.
Qeyd edək ki, Azadlıq Donanması Koalisiyası Qəzzaya humanitar yardım çatdırmaq və bölgədəki mülki əhaliyə dəstək göstərmək məqsədi ilə yaradılmış beynəlxalq bir platformadır. Təhlükəsizlik risklərinin yüksək olması səbəbindən missiya öncədən ictimaiyyətə açıqlanmadan həyata keçirilmişdi.