BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyi Zirvə toplantısında iştirak etmək üçün Albaniyaya səfər edib.
AzerVoice xəbər verir ki, Prezident
Rəcəb Tayyib Ərdoğan Tiranada keçirilən və 47 ölkə liderinin
qatıldığı sammitdə ikitərəfli görüşlər keçirəcək.
Zirvə toplantısında Avropa İttifaqı və yaxın region ölkələri bir
araya gələcək, qlobal və regional məsələlər, o cümlədən
Rusiya-Ukrayna danışıqları və Qəzzada humanitar vəziyyət müzakirə
olunacaq.
Sammitdə Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamentinin prezidentləri də iştirak edir. Ərdoğanın təmasları çərçivəsində üç dəyirmi masa görüşü təşkil olunacaq, əsas mövzular arasında Avropa təhlükəsizliyi, demokratiyanın müdafiəsi və qarşılıqlı əməkdaşlıq məsələləri yer alır.
Qeyd edək ki, bu zirvə Avropa və qonşu ölkələrin əməkdaşlığını gücləndirmək məqsədi ilə altıncı dəfə təşkil olunur.