Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Aİ-dən Türkiyəyə viza mesajı

    7 May 2025 11:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Avropa Parlamenti Türkiyə vətəndaşlarına viza asanlaşdırılması çağırışı edib.

    AzerVoice xəbər verir ki, Avropa Parlamenti (AP) Türkiyə vətəndaşlarının Şengen vizası ilə bağlı yaşadığı çətinlikləri nəzərə alaraq, Avropa İttifaqı ölkələrini viza proseslərini sadələşdirməyə çağırıb.

    Bu çağırış, Aİ Komissiyasının illik hesabatı əsasında hazırlanan Türkiyə ilə bağlı sənəddə yer alıb.

    Hesabatda vurğulanır ki, Şengen vizası üçün müraciətlərin artması və sistemdən sui-istifadə ilə bağlı narahatlıqlar Türkiyə vətəndaşlarının qarşılaşdığı problemləri daha da ağırlaşdırıb. AP bu vəziyyəti təəssüf hissi ilə qeyd edərək, Aİ-yə üzv ölkələri viza prosedurlarının insan resursları və texniki infrastruktur baxımından təkmilləşdirilməsinə çağırıb.

    Parlament, xüsusilə işgüzar səfərlər və akademik mübadilə məqsədilə vizaların asanlaşdırılması istiqamətində tədbirlərin dəstəklənməsinin vacibliyini vurğulayıb. Bununla belə, vizasız səyahət məsələsində Türkiyənin hələ də bütün əsas meyarları tam yerinə yetirmədiyi qeyd olunub. Şərtlər yerinə yetirildiyi təqdirdə isə prosesin irəlilədilməsinə dəstək veriləcəyi ifadə olunub.

    Qeyd edək ki, Türkiyə vətəndaşları üçün viza rejiminin liberallaşdırılması məsələsi uzun illərdir Aİ ilə münasibətlərdə əsas müzakirə mövzularından biridir. Bu məsələ, xüsusilə pandemiyadan sonra daha da mürəkkəbləşmiş viza prosedurları səbəbilə gündəmə yenidən gəlib.

    #Türkiyə #Avropa İttifaqı (Aİ) #Şengen vizası #viza #Şengen zonasına sərbəst giriş #Türkiyə vətəndaşlarına viza çətinliyi #Şengen zonasına giriş #Avropa İttifaqı viza siyasəti #Viza liberallaşdırılması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    18 Fevral 2026 14:49

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    18 Fevral 2026 14:30

    Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

    18 Fevral 2026 14:13

    Türkiyə Suriya məsələsində kompleks yanaşma nümayiş etdirmişdir - Kalın

    17 Fevral 2026 16:35

    Osimhen Napolini tənqid etdi

    17 Fevral 2026 16:19

    Avropa İttifaqı iş cihazlarında süni intellekt funksiyalarını deaktiv edib

    17 Fevral 2026 14:46

    Türkiyə–Efiopiya münasibətlərində yeni mərhələ – Liderlər Əddis-Əbəbədə görüşəcək

    17 Fevral 2026 09:24

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    16 Fevral 2026 15:37

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    16 Fevral 2026 14:39

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    16 Fevral 2026 13:29

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42
    XƏBƏR LENTİ

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Türkiyənin Aliağa limanı 2026-cı ilin yanvarında 6 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    İnşaat Kollecinə yeni direktor təyin olunub

    Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

    Hyundai 2026 Kona modellərini geri çağırır: Sükan sistemində təhlükəli səhv

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.