Bakı, AzerVoice
Türkiyənin Tunceli vilayətinin Pülümür rayonunda fındıq işçilərini daşıyan mikroavtobusun xəndəyə aşması nəticəsində 17 nəfər xəsarət alıb.
AzerVoice xəbər verir ki, ətrafdakıların xəbəri üzərinə qəza yerinə sağlamlıq və jandarma qrupları cəlb edilib.
Qəzada yaralanan 17 nəfər təcili yardım maşınları ilə Tunceli və Erzincandakı xəstəxanalara aparılıb.
Magistral yolda nəqliyyatın hərəkəti bir müddət nəzarət altına alınıb.
Hafiz Rufizoğlu