Bakı, AzerVoice
Türkiyənin Giresun və Sakarya vilayətlərində əlverişsiz hava şəraiti ilə əlaqədar dənizdə çimmək qadağan edilib.
AzerVoice xəbər verir ki, bu barədə Giresun və Sakarya Qubernatorluqları sosial media hesablarından açıqlama verib.
“Küləyin sürətlə əsəcəyi və dalğanın hündürlüyünün artacağı gözlənilir. Bu səbəbdən vətəndaşlarımız canlarının təhlükəsizliyi üçün əyalətimizin hər yerində dənizə giriş qadağan edilib.” – deyə paylaşımda qeyd edilib.
Məlumat üçün bildirək ki, çimərliklərdə çalışan xilasedici qruplar qərarın ardından ziyarətçilərin dənizdə üzməsinə icazə vermir.
Hafiz Rufizoğlu