Bakı,AzerVoice
Türkiyənin Hatay şəhərinin Arsuz ilçəsində meşə yanğını baş verib.
AzerVoice xəbər verir ki, baş verən yanğına havadan və qurudan müdaxilə edilib.
Bölgəyə bələdiyyə xilasetmə qrupları, vertolyot və su maşınları cəlb edilib.
Yanğının hansı səbəbdən çıxdığı bilinmir.
Qeyd edək ki, Türkiyənin meşə örtüyünün sahəsi 760,676 km2-dir. Dünyada meşə örtüyü sahəsinə görə 28-ci sırada yer alıb. Türkiyədə Son 4 ildə baş verən meşə yanğınlarında 168 min 194 hektar meşə sahəsi zərər görüb.